Icma.az
close
up
RU
Türkiyənin şərtləri yerinə yetirilməsə: İrəvan çox gözləyəcək

Türkiyənin şərtləri yerinə yetirilməsə: İrəvan çox gözləyəcək

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Türkiyə ilə münasibətlərin normallaşdırılması İrəvanın xarici siyasət prioritetlərindən biri olaraq qalır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədr müavini və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan belə deyib. 

“Biz əminik ki, mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən verməməliyik. Sülh yolu ilə həll regionumuza sabitlik və firavanlıq gətirməklə yanaşı, həm də dialoq və diplomatiya vasitəsilə uzun müddətdir mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasının mümkünlüyünü nümayiş etdirməklə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”. 

O, həmçinin qeyd edib ki, Ermənistan Türkiyənin buna reaksiya verəcəyinə, diplomatik əlaqələr quracağına və sərhədləri tez bir zamanda açmağa hazır olduğuna ümid edir. “Biz ən azı bu gün buna hazırıq”, - deyə Rubinyan əlavə edib. 

Göründüyü kimi, rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşması üçün hər hansı maneənin qalmadığına dair mesaj verir. Ancaq Türkiyə tərəfinin Ermənistanın bu təklifinə tezliklə müsbət reaksiya verəcəyi gözlənilmir. Çünki sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün Türkiyənin konkret şərtləri var. Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra sərhədlər açıla və qarşılıqlı əlaqələr bərpa oluna bilər. 

İkincisi, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin altı şərq vilayəti “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda, qondarma erməni soyqırımının bütün dünyada tanınması qarşıya məqsəd qoyulur. Bütün bunlar isə Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad etməklə təsbit olunub. 

Bundan başqa, Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri verilib. Türkiyəyə qarşı bu ərazi iddiası da Ermənistan konstitusiyasının 21-ci maddəsində əks olunub. Ona görə də Türkiyə Ermənistandan konstitusiyasını və dövlət gerbini dəyişməyi tələb edir. Bu şərtlər yerinə yetirilmədən, Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağı inandırıcı görünmür.
 
Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Türkiyə Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri