Icma.az
close
up
RU
Türkiyənin Sinop Universiteti aqrar sahədə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır

Türkiyənin Sinop Universiteti aqrar sahədə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Sinop Universitetinin rektoru, professor Şakir Taşdemirlə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Elçin Zeynalov son illər iki ölkənin ali təhsil müəssisələri araşında əməkdaşlıq münasibətlərinin genişləndiyini bildirib. Kənd təsərrüfatı sahəsində kadr hazırlığı, elmi tədqiqatlar, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayan nazir müavini Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyə Respublikasının Ege Universiteti ilə ikli diplom proqramı həyata keçirdiyini, digər ali təhsil müəsissələri ilə birgə layihələr gerçəkləşdirdiyini xatırladıb.

Sinop Universitetinin rektoru Şakir Taşdemir rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, kənd təsərrüfatı, xüsusilə də balıqçılıq və akvakultura sahəsində kadr hazırlığının istiqamətləri barədə danışıb. Azərbaycanın ali təhsil müəssisələrinin aqrar sahəyə dair kadr hazırlığı təcrübəsi ilə yaxından tanış olmaq istədiyini deyən rektor, bu sahədə ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını dəyərləndirmək istədiyini bildirib.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti və Sinop Universiteti arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi təklifləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri