Türkiyənin Suriya ilə bağlı nəhəng planı: Cəmisi il yarım ərzində...
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək. Türkiyənin hərbi məsləhətçiləri və mütəxəssisləri onun formalaşmasında iştirak edəcəklər.
Publika.az xəbər veri ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki çətin vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - deyə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman mətbuata bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq: “Yaradılan ordunun tərkibinə 40 minə yaxın üzv daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir”, - Osman qeyd edib.
Məlumata görə, Türkiyə hərbi kontingenti Suriyanın beş həyati nöqtəsində yerləşdiriləcək.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















