Türkiyənin tanınmış aktyoru Ufuk Özkana qaraciyər köçürüldü
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qaraciyər çatışmazlığı səbəbindən uzun müddətdir müalicə olunan tanınmış türkiyəli aktyor Ufuk Özkan orqan transplantasiyası əməliyyatı keçirib.
Moderator.az bu barədə "A Haber" telekanalına istinadən xəbər verir.
Təxminən 11 saat davam edən əməliyyatdan sonra həkimlər transplantasiyanın planlaşdırıldığı kimi baş tutduğunu və sənətçinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıblar.
"Xəstəmiz bu gecəni reanimasiyada keçirəcək. Sabah ayıltma prosesinə başlamağı, hər şey yolunda gedərsə ekstubasiya (süni tənəffüs aparatından ayırma - red.) prosesini həyata keçirməyi planlaşdırırıq. Reanimasiyada qalma müddəti adətən bir və ya iki gün çəkir. Xəstəxanada qalma müddəti isə orta hesabla iki-üç həftə arasında dəyişə bilər", - həkimlərin açıqlamasında bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Fevral 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















