Icma.az
close
up
RU
Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq FOTOLAR

Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin Şanlıurfa şəhərində yerləşən və dünyanın ən qədim arxeoloji abidələrindən biri sayılan Karahantəpə – Neolit dövrü məkanı qoruyucu dam örtüyü ilə təchiz ediləcək.

"Cebheinfo.az" Resorting.az-a istinadən xəbər verir ki, bu layihə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və ölkə boyunca qazıntı və bərpa işlərini bütün fəsillər ərzində davam etdirməyi hədəfləyən “Gələcək üçün İrs” proqramı çərçivəsində icra olunur. Son dam örtüyü təşəbbüsü Karahantəpənin minilliklər boyu qorunub saxlanılmış irsini mühafizə edəcək və onun gələcək nəsillərə ötürülməsini təmin edəcək.

Təxminən 5,000 kvadratmetr sahəni əhatə edəcək bu dam örtüyü tarixi məkanı təbii təsirlərdən qorumaq üçün nəzərdə tutulub. Dalğavari forması relyeflə üzvi harmoniya yaradır və eyni zamanda açıq sahələr sayəsində təbii ventilyasiya təmin edərək daxili mühiti daha komfortlu edir. Modul konstruksiya isə ərazinin orijinal strukturuna toxunmadan, dayaqların sayını minimuma endirməklə estetik və funksional tarazlığı qoruyacaq. Bundan əlavə, bu dizayn gələcəkdə aparılacaq yeni qazıntılara uyğun genişləndirmə və adaptasiya imkanları yaradacaq.

Karahantəpə: Qədim sivilizasiyaların sirli dünyasına səyahət

Eramızdan əvvəl IX minilliyə aid olan Karahantəpə, Türkiyənin mədəni irsinin davamlılığını təmin edən ən mühüm arxeoloji layihələrindən biri – Taş Tepeler (Daş Təpələr) çərçivəsində tədqiq olunur. Taş Tepeler, Şanlıurfa və ətraf bölgələri əhatə edən, Neolit dövründə böyük icmaların daimi məskən saldığı və xüsusi məqsədlərlə monumental tikililər inşa etdiyi bir ərazini ifadə edir. Bu bölgəyə Göbeklitəpə və Karahantəpə kimi dünya miqyasında məşhur olan abidələrlə yanaşı, Sayburç, Sefertəpə, Harbetsuvan Təpəsi, Gürcütəpə, Çakmaktəpə, Medik, Qurdtəpəsi, Taşlıtəpə, Ayanlar, Yoğunburç və Yeni Məhəllə kimi bir çox arxeoloji məkanlar da daxildir. Hazırda layihə çərçivəsində bu ərazilərdən doqquzunda qazıntı işləri davam etdirilir.

Karahantəpədə, səthdə görünən yüzlərlə dik daşın olduğu ərazidə aparılan tədqiqatlar mühüm arxeoloji kəşflərlə nəticələnib. Burada insan və heyvan fiqurları ilə bəzədilmiş ictimai binalar, eləcə də Göbeklitəpədəki monumental quruluşlarla oxşarlıq təşkil edən abidələr aşkarlanıb. Ən son tapıntılardan biri isə ötən yay aşkar edilən hərəkət halında təsvir olunmuş vəhşi uzunqulaq oyma relyefi olub. Bu cür qeyri-adi kəşflər sayəsində Karahantəpə, 2023-cü ildə Çində keçirilən Şanxay Arxeologiya Forumunda dünyanın ən mühüm doqquz “Sahə Tədqiqatı və Araşdırma” layihəsindən biri seçilib.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri