Türkiyənin xarici işlər naziri Lavrovla danışıqlar aparıb
Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə adının açıqlanmasını istəməyən türk diplomatik mənbəsi bildirib.
" Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, - o bildirib.
Bundan əvvəl Fidan bildirib ki, ABŞ və Avropanın Ukraynaya silah tədarük etməsi qlobal müharibə kimi qələmə verilə biləcək vəziyyətə gətirib çıxarıb.
Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiya prezidenti Vladimir Putinin danışdığı qlobal müharibə riski barədə daim xəbərdarlıq edir.
Noyabrın 22-də Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu Rusiya prezidentinin Ukraynaya qarşı qeyri-nüvə hipersəs raketindən istifadə etməsi ilə bağlı bəyanatının Qərbə ciddi xəbərdarlıq olduğunu bildirib.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 23 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















