Türkiyənin yardım gəmisi Sudana yola salındı
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin yardım gəmisi Mersin limanından Sudana yola salınıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial şəbəkəsində paylaşım edib.
Yolasalma mərasiminə AFAD rəhbərliyi, Mersin valisi, millət vəkilləri və Qətər İnkişaf Fondunun nümayəndələri qatılıblar.
Gəmidə ərzaq, geyim, sığınacaq, gigiyena və tibbi ləvazimatlardan ibarət təxminən 2 600 ton humanitar yardım var. Yardım gəmisi "Port Sudan" limanına doğru yola çıxıb.
Xatırladaq ki, Türkiyə 2024 və 2025-ci illərdə də Sudana yardım edib.
Qeyd edək ki, Sudanda 2023-cü ildən bu yana vətəndaş müharibəsi gedir və minlərlə insan həlak olub. Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri ABŞ-nin çağırışı ilə atəşkəsə razılıq versələr də, bu, uzun müddət davam etməyib. 2025-ci ilin son aylarında insan qırğını əsasən Darfur vilayətinin Əl-Faşir şəhərində qeydə alınıb.
Oxunub 0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















