Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bildiyiniz kimi avqust ayının əvvəlində Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində yeni təyinatlar olub. Əminəm ki, bu, hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
15 Sentyabr 2025 12:30
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
14 Sentyabr 2025 16:32
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
14 Sentyabr 2025 12:22
Türkiyənin Baş Qərargah rəisi Azərbaycandadır Foto
16 Sentyabr 2025 10:57
Selçuk Bayraktaroğlu Türkiyənin Baş qərargah rəisi təyin edilib
05 Avqust 2025 16:33

