Icma.az
close
up
RU
Türkiyəsiz Azərbaycan: CHP hakimiyyətə gəlsə, bu model gerçəkləşəcək HAZIRLAŞAQMI

Türkiyəsiz Azərbaycan: CHP hakimiyyətə gəlsə, bu model gerçəkləşəcək HAZIRLAŞAQMI

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə baş verən olaylarla bağlı bir şeyi də deyim. Xüsusən gənclər yadda saxlasın. Prosesin mahiyyətinə varmadan Azərbaycan üçün önəmli olan məqamı vurğulayacam.
Türkiyə demokratik bir ölkədir. Bu gün Türkiyədə AKP-MHP İttifaqı iqtidardadır. Sabah, (sabah sabah da ola bilər, 3 il sonra da) Türkiyədə xalq CHP-ni iqtidara gətirə bilər. Və bu ehtimal son dərəcə realdır.
CHP-nin iqtidara gəlməsi ilə Türkiyə-Azərbaycan münasibətlərində ciddi sarsıntılar yaşanacaq. Əlbəttə, Ankara Büyükşehir Belediye Başkanı Mansur Yavaş prezident olsa, Türkiyə-Azərbaycan münasibətlərində elə bir geriləmə olmayacaq. Niyə? Çünki Mansur Yavaş MHP keçmişi olan birisidir. Yadınızdadırsa, son mitinqlərin birində o, separatçı kürdlərin qaldırdığı bayrağı “çır-çındır” adlandırdı. Yəni bu adam bütün varlığı ilə millətçidir. Bir türk millətçisindən isə Azərbaycana qətiyyən ziyan gəlməz. Azərbaycanın Türkiyədə bir sadiq dostu var, o da MHP-dir. Hə, AKP də bizimlə indi dostdur, sayın Ərdoğan bizə hər alanda dəstək verir, ancaq sabah AKP-nin başına başqa birisi keçsə, vəziyyət dəyişə bilər. Ancaq MHP-nin başına kim keçirsə keçsin, MHP həmişə Azərbaycan deyəcək, Türkistan deyəcək...
Niyə dedim ki, “AKP də bizimlə indi dostdur”? Çünki 2009-cu il oktyabrın 10-da ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Ermənistan və Türkiyə arasında Sürix protokolları imzalandı. İlham Əliyevin qətiyyəti olmasaydı bu protokollar Türkiyə parlamentində də təsdiq olunacaqdı. Düşünə bilirsizmi, təkcə Azərbaycanın maraqlarını heçə saymırdı, həm də öz dövlət maraqlarını ermənilərə qurban verirdi. İnamırsız? Protokolların konstitusiyaya uyğunluğunu təsdiqləmək üçün Ermənistan Konstitusiya Məhkəməsi qərar verdi. Rəsmən dedi ki, həmin protokollara əsasən Ermənistan 1915-ci ildə erməni soyqırımının dünya miqyasında tanınmasına çalışmaqda davam edir; ikincisi, Türkiyə ilə yeni müqavilə ilə Ermənistan-Azərbaycan münaqişəsi arasında hər hansı əlaqəni rədd edir. Üçüncüsü və ən əsası, o bəyan edib ki, protokolların icrası Qars müqaviləsi ilə müəyyən edilmiş mövcud Türkiyə-Ermənistan sərhədinin Ermənistan tərəfindən rəsmən tanınması demək deyil. Yəni Türkiyə-Ermənistan sərhədi Ermənistanın xeyrinə dəyişə bilər. Və AKP iqtidarı özündə Türkiyəyə qarşı (hələ Azərbaycanı demirəm) son dərəcə böyük təhlükələri ehtiva edən protokolları Türkiyə parlamentində təsdiq etmək istəyirdi.
2009-cu ilin oktyabrında Bakıdakı Şəhidlər Xiyabanının yaxınlığındakı "Şəhidlər" məscidinin qarşısında dalğalanan Türkiyə bayraqları yığışdırıldı. Niyə? Ermənistan prezidenti Serj Sarkisyan ilə Türkiyə prezidenti Abdulla Gül arasında “futbol diplomatiyası” vüsət almışdı. Abdulla gül İrəvana gəldi, Serj Sarkisyan isə Bursaya gəldi. Bursada, yəni Türkiyədə ermənilərə xoş gəlmək üçün türk polisi stadiona gətirilən Azərbaycan bayraqlarını yığıb nümayişkaranə şəkildə zibil qablarına dürtdü. Biz isə Türkiyə bayrağına belə həqarət sərgiləmədik, abırlı şəkildə yığışdırdıq...
Hə, sonra Tayyib Ərdoğan erməni söhbətini büküb bir tərəfə atdı. Ancaq kimsə təminat verə bilməz ki, Türkiyəni hansısa növbəti prezidenti Azərbaycana qarşı belə yaramazlıq etməyəcək...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyənin prezident olsa, mənim baxışıma görə, bu ehtimal o qədər də yüksək deyil, onda yuxarıda vurğuladığım sarsıntılar ən kəskin şəkildə ortaya çıxacaq. Niyə mən bunu arxayınlıqla deyirəm? Görünən kəndə nə bələdçi, deyiblər...
Bir daha deyirəm, CHP etnik, dini və çinsi azlıqlara istinad edən bir partiyadır. Ona görə də CHP-nin iqtidar olması Ermənistanın işinə yarıyacaq. Müvafiq olaraq Azərbaycan-Türkiyə münasibətləri isə tənəzzül dövrünə qədəm qoyacaq.
Düzdür, CHP-nin anti-Azərbaycan siyasətinə Türkiyədə ciddi təpkilər olacaq. Ancaq bu, situasiyanı dəyişməyəcək.
Sözümün canı o ki, Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır.
Nikol Paşinyan tez-tez deyir ki, Ermənistanın ən böyük səhvi o oldu ki, biz yalnız və yalnız Rusiyaya güvənərək yaşadıq. Rusiya Ermənistanın arxasından çəkiləndə isə yaman günə qaldıq. Mən heç istəməzdim ki, Azərbaycan da nə vaxtsa qardaş deyib bağrımıza basdığımız Türkiyədən bir daha belə bir etibarsızlıq görsün. Ancaq bu gün Türkiyədə baş verən proseslər sübut edir ki, qardaş ölkədə yaxın gələcəkdə Azərbaycanın, eləcə də bütün Türk dünyasının maraqlarına qətiyyən cavab verməyən bir zehniyyət iqtidara gələ bilər.
Zatən Türkiyədə liberal dəyərlərə söykənən Süleyman Dəmirəlin prezidentlik dönəmini gördük. Ermənilər bizi Kəlbəcərdən qovanda arvad-uşağı çıxarmaq üçün Elçibəyə 2 helikopter belə vermədi. Əkrəm İmamoğlu da verməyəcək. Çünki bunlarda milli damar yoxdur. Süleyman Dəmirəl “kardeş Azerbayan” deyə-deyə bizi yola verdi, ermənilər də torpaqlarımız işğal etdi.
Ermənilər heç, bundan sonra biz Ermənistanla özümüz də bacararıq. Ancaq Azərbaycana İran təhlükəsi də var. Bu gün bu təhlükə o qədər də böyük görünmür. Çünki Türkiyə faktoru İrana belə bir fürsət tanımır. Ancaq Türkiyə Azərbaycanın yanında olmasa, bölgədə qüvvələr nisbəti böyük ölçüdə dəyişir...

Təbii ki, CHP zehniyyəti ilə Türk Dünyası, Turan düşüncəsi daban-dabana ziddir. CHP üçün LGBT kimi məsələlər daha aktualdır...
Bu kimi amili nəzər alaraq Azərbaycan Türkiyəsiz zamanlara indidən hazırlaşmalıdır. Yəni Azərbaycan Türkiyəyə, daha doğrusu milli yaddaşı olmayan Əkrəm İmamoğlu ya arxayın olub öz gələcəyini təhlükə altına ata bilməz. Bizim siyasi elitamız bu barədə ciddi düşünməlidir.
Gözümüzün qarşısında D.Tramp ABŞ-ın daxili və xarici siyasətini kökündən dəyişdi. Yəni bir adam gözümüzün qarşısında bir ölkənin taleyini dəyişir. Əkrəm İmamoğlu da Türkiyənin başına gəlsə, ciddi dəyişiklilərə gedəcək. Ancaq bu dəyişikliklər Azərbaycanın yox, Azərbaycana düşmən olan qüvvələrin xeyrinə olacaq. Necə ki, D.Tramp Rusiyanın xeyrinə çalışır, eləcə də Əkrəm İmamoğlu Ermənistanın xeyrinə çalışacaq, separatçı kürdlərə, yunanlara dəstək verəcək...
Elbəyi Həsənli, Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri