Türkiyəyə 206 kq kokain keçirilməsi cəhdi Diplomat saxlanıldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bolqarıstan Sərhəd Xidməti Belçikadan gələn furqonda Türkiyəyə daşınan böyük həcmdə kokain aşkarlayıb.
Lent.az-n “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, 206 kq kokain Bolqarıstanın quru sərhədində indiyədək aşkar edilən ən böyük narkotik partiyasıdır.
Narkotikin ümumi dəyəri 20 milyon avro (22 milyon dollar) olaraq qiymətləndirilir.
Narkotik vasitələr beş çamadanın içində gizlədilmiş 179 möhürlü paketdə aşkarlanıb.
Haskovo rayonunun prokuroru İvan Stoyanov hadisə ilə bağlı üç nəfərin saxlandığını bildirib. Onlardan biri Belçikada akkreditə olunmuş, Konqo Demokratik Respublikasından olan 40 yaşlı diplomat, digərləri isə 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı bolqar sürücüdür.
Prokurorun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləri sübuta yetirilərsə, onlara 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















