Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

Türkiyəyə açıq hücum İlk hədəf AZƏRBAYCANDIR

Türkiyəyə açıq hücum İlk hədəf AZƏRBAYCANDIR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son illər Türkiyə informasiya məkanında qəribə və eyni zamanda düşündürücü bir tendensiya formalaşıb. Bəzi dairələr dünyada baş verən geosiyasi gərginliklərin, regional müharibələrin və hətta qlobal qarşıdurmaların məsuliyyətini müxtəlif formalarda Azərbaycanın üzərinə atmağa çalışırlar. Bu iddiaların absurdluğu bəzən o həddə çatır ki, insan istər-istəməz sual verir, görəsən, növbəti mərhələdə dünyanın hansı böhranı da Azərbaycanın adına yazılacaq?

Az qala müəyyən təbliğat platformalarında belə fikirlər formalaşdırlır ki, ki, guya İsrail-Fələstin müharibəsinin kökündə də Azərbaycan dayanır. Belə getsə ABŞ, İsrail - İran qarşıdrumasını da Bakının siyasətinə bağlayacaqlar. Kim təminat verər ki, bundan sonra Çində uyğur türklərinin üzləşdiyi problemləri Azərbaycanın üzərinə qoymayacaqlar.

Bu iddialar ilk baxışda gülünc görünə bilər. Lakin məsələyə geopolitik və informasiya müharibəsi prizmasından baxanda fərqli mənzərə ortaya çıxır. Çünki bu cür manipulyativ tezislər təsadüfi sayıla bilməz və birmənalı olaraq müəyyən ideoloji mərkəzlər tərəfindən sistemli şəkildə dövriyyəyə buraxılır.

Əslində hər şey Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra başladı.

Uzun illər ərzində Azərbaycan beynəlxalq aləmdə işğala məruz qalan, torpaqları Ermənistan tərəfindən zəbt edilmiş və regional güc balansında ciddi təsir imkanlarına malik olmayan dövlət kimi təqdim olunurdu. 1990-cı illərin əvvəllərində baş verən geosiyasi kataklizmlər, SSRİ-nin dağılması və Qarabağ müharibəsi Azərbaycanın uzun müddət müdafiə mövqeyində qalmasına səbəb olmuşdu.

Həmin dövrdə Azərbaycan haqqında formalaşdırılan stereotiplər olduqca sadə idi: zəif dövlət, işğal olunmuş torpaqlar, regional konfliktin qurbanı.

2020-ci ildə baş verən Vətən müharibəsi isə bu stereotipləri kökündən dəyişdirdi.


44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazın geopolitik xəritəsini faktiki olaraq yenidən dizayn etdi. Bu hadisə informasiya məkanında da Azərbaycanın statusunu dəyişdirdi.

Azərbaycan passiv aktor rolundan çıxaraq, regional güc mərkəzi kimi qəbul olunmağa başladı.

Bu məqamdan sonra müxtəlif ideoloji və siyasi dairələrin Azərbaycana qarşı informasiya hücumlarının intensivləşməsi də təsadüfi sayıla bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın azad ediləndən sonra xəbərdarlıq etmişdi ki, bundan sonra ölkəmizə qarşı müxtəlif istiqamətlərdən hücumlar başlayacaq.

Prezidentin proqnozları özünü doğrultdu. Bu hücumların ilk dalğası gözlənilməz istiqamətdən, Türkiyənin bəzi radikal dini dairələrindən gəldi.

Bu dairələr uzun müddətdir ki, regional siyasətdə qəribə mövqe nümayiş etdirirlər. Onlar özlərini islamçı və ya dini motivli siyasi qruplar kimi təqdim etsələr də, əslində ideoloji xəttləri erməni daşnak ideologiyası ilə üst-üstə düşür.

Bu qüvvələrin əsas arqumenti isə belədir, Azərbaycan İsraillə niyə dostluq edir. Onların məntiqinə görə, İsraillə əməkdaşlıq xəyanət deməkdir. Bu tezis siyasi, tarixi baxımdan ciddi arqumentlərə söykənmir.

Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür. Bu siyasət çərçivəsində Bakı həm İsraillə, həm də müsəlman ölkələri ilə normal münasibətlər saxlayır.

Maraqlıdır ki, Türkiyənin tanınmış jurnalistlərindən biri olan Mehmet Ali Dim bu mövzuda açıq mövqe ortaya qoyaraq Azərbaycanın əleyhinə danışan bu qüvvələrin nə türkçülüyə, nə də Türkiyəyə aid olduğunu yazmışdı.

Bəli, bu cür ünsürlər Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışan marginal qruplardır. Əslində Türkiyənin böyük jurnalist camiəsinin mövqeyi də bu istiqamətdədir.


Çünki Türkiyə bütövlükdə Azərbaycanla qardaşlığın strateji və tarixi mahiyyətini yaxşı anlayır. Ancaq Türkiyəyə qarşı olan bəzi ideoloji qruplar Azərbaycanı İsraillə dostluqda ittiham edirək öz aləmlərində Azərbaycan-Türkiyə qardaşlığına zərbə vururlar. Onlar bu məsələni dini və emosional müstəviyə daşımağa çalışırlar. Lakin faktlar tam fərqli mənzərə göstərir.

Azərbaycan rəsmi şəkildə Fələstin dövlətinin ərazi bütövlüyünü tanıyır. Azərbaycan humanitar böhranlara qarşı çıxır və insanların həlak olmasını qəti şəkildə pisləyir. Azərbaycan müharibəni heç vaxt siyasi alət kimi qəbul etmir.

Amma Azərbaycan İsrail-Fələstin münaqişəsini dayandırmaq gücündə olan qlobal aktor deyil. Bu konflikt onilliklərdir davam edən mürəkkəb geosiyasi qarşıdurmadır və onun kökləri XX əsrin əvvəllərinə qədər gedib çıxır. Belə bir münaqişənin məsuliyyətini az qala Azərbaycanın üzərinə yükləmək sadəcə manipulyasiyadır. Bu manipulyasiyanın arxasında duran qüvvələr isə açıq şəkildə görünür.

Onlar özlərini radikal islamçı kimi təqdim etsələr də, əslində islam dünyasına düşməndirlər. Onların ideoloji xətti daha çox regionda sabitliyi pozmaq və Türkiyə-Azərbaycan strateji ittifaqına zərbə vurmaq məqsədi daşıyır.

Burada başqa bir sual da ortaya çıxır. 30 il ərzində Azərbaycan torpaqları işğal altında qalanda bu qüvvələr harada idi? Şuşada, Ağdamda, Zəngilanda və digər işğal altında olan Azərbaycan bölgələrində məscidlər təhqir olunanda, ibadət yerlərində donuz saxlanılanda onlar niyə susurdular? O zaman onların dini həssaslığı niyə görünmürdü?

Bu sualların cavabı çox sadədir. Həmin dövrdə Azərbaycan zəif görünürdü. Zəif ölkəyə hücum etməyə ehtiyac yox idi. Bu gün isə vəziyyət dəyişib. Azərbaycan regionda güclü dövlətə çevrilib.

Bu güc yalnız hərbi sahə ilə yanaşı iqtisadi, enerji və diplomatik platformalarda da özünü göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Cənub qaz dəhlizi layihəsi Avropa enerji bazarında yeni strateji balans formalaşdırıb.

Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bak-Tbilisi-Qars dəmir yolu kimi layihələr, perspektivdəki Zəngəzur dəhlizi regionun geoiqtisadi xəritəsini dəyişdirib.

Bütün bunlar Azərbaycanın geosiyasi çəkisini artırıb. Məhz buna görə də müxtəlif qüvvələr ölkəmizi informasiya müharibəsinin hədəfinə çevirməyə çalışırlar.


Bu gün ABŞ, İsrail və İran arasında gərginlik mövcuddur. Bəzi dairələr bu gərginliyi də Azərbaycanla əlaqələndirməyə çalışırlar. Halbuki Azərbaycan bu müharibəni dünyada ən çox istəməyən ölkələrdən biridir.

Bunun bir neçə səbəbi var. Birincisi, İranda milyonlarla azərbaycanlı yaşayır. Onların təhlükəsizliyi Azərbaycan üçün həyati məsələdir.

İkincisi, regionda hər hansı müharibə ilk növbədə qonşu dövlətlərə təsir edir. Bu isə Azərbaycan üçün ciddi təhlükələr yarada bilər.

Azərbaycan müharibənin nə olduğunu hamıdan yaxşı bilir. Çünki ölkə məcburən uzun illər müharibənin ağrısını yaşayıb. Bu səbəbdən də Bakı regionda sabitliyin qorunmasına çalışır.

İranın ali dini lideri öldürüləndən (bu fakt özü inanılan deyil) sonra səfirlikdə ali səviyyədə rəsmi başsağlığı verən Azərbaycan oldu. Bu fakt Azərbaycanın diplomatik balans siyasətini açıq şəkildə göstərir.

Bütün bunlara baxmayaraq, yenə Azərbaycan hədəf alınır. Sən demə Azərbaycan ABŞ və İsraillə müharibə etməli imiş.

Bu iddiaların arxasında duran səbəb isə çox sadədir. Azərbaycan güclənir. Bu güc bəzi dairələri narahat edir. Çünki güclü Azərbaycan həm regionda, həm də türk dünyasında yeni geopolitik reallıq yaradır.

Əslində bu qüvvələr tək Azərbaycana qarşı düşmənçilik etmirlər, əsil hədəfləri Türkiyədir. Tarix göstərir ki, Osmanlı imperiyasının zəiflədilməsi və parçalanması prosesində də məhz belə ideoloji manipulyasiyalar istifadə olunurdu. Bu gün də oxşar metodlardan istifadə edilir. Türkiyə və Azərbaycan qardaşlığı isə bu planların qarşısında ciddi maneədir.

Bu qardaşlıq bugünkü siyasi konyukturanın məhsulu deyil. Bu münasibətlər yüzilliklərə söykənən ortaq tarix, dil və mədəniyyət üzərində qurulub. Bu münasibətlərin müasir siyasi simvolu isə Şuşa Bəyannaməsidir. Prezident İlham Əliyev bu münasibətləri ən yüksək yerə qaldırıb.

2021-ci ildə imzalanan bu sənəd Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Bu sənəd faktiki olaraq türk dünyasının geopolitik inteqrasiyasının yeni mərhələsini başlatdı. Bu prosesdə Azərbaycanın lideri İlham Əliyevin rolu xüsusi qeyd olunmalıdır. Onun siyasəti emosiyalardan uzaq, rasional və strateji düşüncəyə əsaslanır. İlham Əliyev populist bəyanatlar verməyi sevən siyasətçi deyil. O, daha çox real nəticələrə yönəlmiş qərarlar qəbul edir. Onun baxışına görə türk dünyası vahid ailədir və bu ailənin bütövlüyü, böyüklüyü bizim prioritetdir. Bu baxış praktiki siyasi strategiyadır. Məhz buna görə də Azərbaycan və Türkiyə arasında münasibətlər tarixdə görünməmiş səviyyəyə yüksəlib. Əlbəttə ki, bu birlik bəzi qüvvələri ciddi şəkildə narahat edir. Onlar dini manipulyasiya, informasiya təxribatı və ideoloji təbliğat vasitəsilə bu əlaqələri zəiflətməyə çalışırlar. Onların əsas alətlərindən biri də kütlənin emosiyalarını idarə etməkdir. Din bu manipulyasiyada ən çox istifadə olunan vasitələrdən biridir. Halbuki real islam dəyərləri nifrət və təxribat üzərində qurulmur. Real islam sülh və ədalət prinsiplərinə əsaslanır. Buna görə də din adı altında aparılan bu manipulyasiyalar əslində islamın özünə qarşı yönəlmiş fəaliyyətdir.


Sonda isə bir həqiqəti açıq şəkildə demək lazımdır.

İsrail-Fələstin müharibəsini Azərbaycan törətməyib. ABŞ,İsrail-İran müharibəsini (belə müharibələr tarixən İranda siyasi sistemlər zəifləyəndə ortaya çıxıb və xalqı sistem ətrafında birləşdirib-E.Ə) Azərbaycan yaratmayıb.  Bu iddialar sadəcə informasiya müharibəsinin elementləridir.

Azərbaycan milli maraqlarına zidd olan ideoloji tör-töküntülərə imkan vermir. Çünki bu cür ünsürlər dövlətlərin gələcəyini zəiflədən təhlükəli amillərdir. Eyni yanaşma Türkiyə üçün də keçərli olmalıdır. Türkiyə və Azərbaycan bu cür manipulyativ qüvvələrə qarşı birlikdə dayanmalıdır.

İki qardaş dövlətin gücü yalnız hərbi və iqtisadi resurslarda deyil. Onların gücü ortaq tarixdə, ortaq yaddaşda və ortaq gələcək vizyonundadır.

Mehmet Ali Dimin dediyi kimi, bu dostluğa göz dikənlər kütlənin düşüncəsini manipulyasiya etməyə çalışırlar. Onlar emosiyalardan istifadə edir, dini hissləri istismar edir və cəmiyyətdə parçalanma yaratmaq istəyirlər. Lakin tarix göstərir ki, həqiqət uzun müddət gizli qala bilməz.

Azərbaycan və Türkiyə isə bu həqiqətin ən güclü sübutlarından biridir.

 
Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see265

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see263

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see246

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see238

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see233

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see230

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see229

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see228

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see226

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see223

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see206

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see205

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see204

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see203

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see198

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see197

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see188

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see175

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see169

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri