Icma.az
close
up
RU
Türkiyəyə məhsul çıxaran sahibkarlara üzücü xəbər: Lirə tarixi minimuma endi və...

Türkiyəyə məhsul çıxaran sahibkarlara üzücü xəbər: Lirə tarixi minimuma endi və...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Türkiyə valyutası ABŞ dollarına qarşı yenidən ucuzlaşmaqla tarixi minimum səviyyəsindən aşağı düşüb. Bakı vaxtı ilə 10:50 radələrində 1 ABŞ dolları 35.07 lirə təşkil edib.
Bu da sessiya ərzində lirənin ABŞ puluna qarşı 0.3 faiz ucuzlaşması deməkdir. Lirə artıq 19 faiz dəyər itirmiş olub. Cari ilin əvvəlində 1 dollar 30 lirə ətrafında idi.

Ekspertlərə görə, lirənin zəifləməsi son aylarda davam edən iqtisadi çətinliklərin və inflyasiyanın nəticəsidir. Lirənin ucuzlaşması, əsasən, ölkədəki pul siyasəti, Mərkəzi Bankın qərarları və qlobal iqtisadi amillərlə əlaqələndirilir.

Lirənin dəyərinin azalması, xüsusilə idxal məhsullarının bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, inflyasiya təzyiqlərinin artması sosial narahatlıqlar və bazara olan inamın azalmasına gətirib çıxarır.

Türkiyənin iqtisadi siyasəti və lirənin stabilizasiyası üçün atacağı addımlar, xüsusilə yaxın gələcəkdə xarici sərmayə və beynəlxalq valyuta bazarlarında vəziyyətə ciddi təsir göstərə bilər.

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

"Türkiyənin Azərbaycan kimi dollara satıla bilən sərvəti yoxdur. Onun yalnız dollara satılan daxili istehsalı mövcuddur və bu da ölkənin dollara olan tələbatının qarşılanmasına yetərli olmur. Bu səbəbdən də Türkiyədə lirə bu neçə ildə öz dəyərini mütəmadi olaraq itirir. İlin sonunda inflyasiyanın artması təbii haldır. İl sonuna doğru isə hesablaşmaların dövrü başlayır və insanlar borclarını ödəməyə çalışır, ona görə də ölkədə dollara tələbat yüksəlir. Beləliklə, dolların tələbinin artması ilə, lirə dollar qarşısında dəyərini itirməyə başlayır. Bu proses ilin sonuna kimi davam edəcək. Ola bilər, lirə 3-5 faiz də dəyərini itirsin. Amma fikrimcə, yanvar ayının sonuna qədər, lirə yenidən dekabr ayının əvvəllərindəki dəyərinə qayıda biləcək".

İqtisadçı əlavə edib ki, Türkiyədə lirənin ucuzlaşması daxili problemlərdən qaynaqlanır və bu inflyasiya qonşu ölkələrdə inflyasiya yaratma imkanına malik deyil. Əslində, ticarət dövriyyəsi zamanı Azərbaycana idxal olunan məhsulların ucuzlaşması müşahidə olunacaq. Yəni Türkiyədən məhsul idxal edən sahibkar, lirənin ucuzlaşmasından faydalana bilər, çünki bu 3%-lik ucuzlaşma onların xərclərini azaltdığından, müəyyən qazanc əldə edəcəklər.

Lakin Türkiyəyə ixrac zamanı bizim sahibkarlarımız müəyyən itkilərə məruz qala bilər. Belə inflyasiya zamanı dövriyyələrin azalması və alıcılıq qabiliyyətinin düşməsi ilə üzləşir. Bu səbəbdən Türkiyəyə mal ixrac edən sahibkarlarımız bundan əziyyət çəkə bilər.

Azərbaycanın bunun qarşısını almaq üçün hər hansı tədbir görmək imkanları məhduddur. Nə Türkiyə, nə də biz onların əyaləti deyilik ki, hər hansı rıçaqlardan istifadə edək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri