Türkiyəyə naməlum dron yaxınlaşdı Qırıcılar havada vurdu TƏCİLİ
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Qara dəniz üzərində nəzarətdən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini açıqlayıb.
Modern.az-ın məlumatına görə, Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Qara dəniz istiqamətindən Türkiyənin hava məkanına yaxınlaşan bir hava vasitəsi aşkar edilib və mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.
Hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə NATO və milli nəzarətdə olan F-16 qırıcılarına “xəbərdarlıq reaksiyası” tapşırığı verilib.
Açıqlamada qeyd olunub ki, aparılan yoxlamalar zamanı sözügedən hava vasitəsinin nəzarətdən çıxmış bir pilotsuz uçuş aparatına aid olduğu müəyyən edilib. Hər hansı təhlükəli vəziyyətin yaranmasının qarşısını almaq üçün PUA yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq yerə endirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Dekabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















