Icma.az
close
up
RU
Türkiyəyə oxumağa gəldi və... “Feyenoord”a transfer olundu

Türkiyəyə oxumağa gəldi və... “Feyenoord”a transfer olundu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Niderlandın iddialı klublarından olan, 16 qat ölkə çempionu “Feyenoord” “İstanbulspor”un üzvü Qaussu Diarranı heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, bu transfer erediviziya klubuna 3,5 milyon avroya başa gəlib. Noyabrda 23 yaşını tamamlayacaq malili futbolçu yeni klubu ilə dördillik müqavilə imzalayıb.
Bura qədər hər şey normaldı və ilk baxışdan bu, adi bir transfer kimi görünür. Amma Diarranı başqalarından fərqləndirən mühüm bir məqam var. O heç bir klubun yetirməsi deyil, Türkiyəyə gələnə qədər, ümumiyyətlə, futbolla peşəkar səviyyədə məşğul olmamışdı!
Məsələ burasındadı ki, Diarra 2023-cü ildə İstanbulda təhsil almaq üçün Türkiyəyə gəlib. Konkret hansı universitetdə təhsil aldığı barədə məlumat olmasa da, onun karyerası “Tuzlaspor”da başladı. Ancaq burdakı macərası çox qısa çəkdi və faktiki heç bir oyunda meydana çıxmadan onunla yollar ayrıldı. Diarranın həyatının dönüş nöqtəsi “İstanbulspor”a gəlməsi oldu. Bu klubda əvvəlcə sınaqdan keçən forvard baş məşqçi Osman Zəki Korkmazın böyük simpatiyasını qazandı.
Geridə qoyduğumuz mövsümdə o, İstanbul klubunun heyətində 37 oyunda 16 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyərək 1-ci liqada mövsümün kəşflərindən biri oldu. Diarraya “Beşiktaş” da ciddi maraq göstərirdi. Amma o, karyerasını Avropada davam etdirmək istədiyinə görə “Feyenoord”un təklifini qəbul etdi.
Niderland höküməti tərəfindən işçi vizası verilən və Rotterdama yollanaraq tibbi müayinədən keçən Diarra dünən rəsmi müqaviləyə imza atıb. Yeri gəlmişkən, 3,5 milyon avro həm də Türkiyənin 1-ci liqası üçün rekord bir satışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri