Icma.az
close
up
RU
Türkiyəyə qarşı koalisiya qurulur?

Türkiyəyə qarşı koalisiya qurulur?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

22 dekabrda İsrail, Yunanıstan və Kipr arasında 10-cu üçtərəfli sammitin keçirilməsi  Türkiyənin kəskin siyasi etirazlarına səbəb olub. 

Üç ölkənin  dövlət başçılarının Qüdsdə baş tutan görüşü Türkiyə əleyhinə bəyanatlarla yadda qalıb. Ona görə də bu sammiti Türkiyə əleyhinə kolasiyanın formalaşması kimi də şərh edənlər var. Xüsusilə də İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəni təhlükə adlandırması rəsmi Ankarada narazılıqla qarşılanıb. Hətta Türkiyə əleyhinə bu siyasi klubun yaradılmasının təşəbbüskarının Yunanıstan deyil, İsrail olduğu güman edilir. 

Görüşdən əvvəlki əsas maraq Aralıq dənizi qonşularının dənizdə, havada və quruda böhran vəziyyətlərində fəaliyyət göstərməli olan çevik reaksiya qüvvələrini yaradıb-yaratmayacağı ilə bağlı olub. Rəsmilər bu ideyanın Türkiyənin artan gücü səbəbindən müzakirə olunduğunu etiraf ediblər. 

Hər üç ölkə Türkiyəni öz təhlükəsizliklərinə təhdid kimi gördüklərini bildirirlər. İsrailin Baş naziri Benyamin Netanyahu sammit zamanı bildirib ki, üçtərəfli əməkdaşlıq imperiyalarını bərpa etmək xəyalını quranlara cavab olmalıdır. 

Benyamin Netanyahu  yunanıstanlı həmkarı Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulides danışıqlardan sonra üç ölkə arasında strateji əhəmiyyətli ittifaq qurmaq niyyətini nümayiş etdirib. Görüşdən sonra üç lider birgə bəyanatda təhlükəsizlik, müdafiə və hərbi məsələlərdə mövcud üçtərəfli əməkdaşlığımızı gücləndirmək barədə razılığa gəldiklərini qeyd ediblər.

“Terrorçuluğa qarşı mübarizəyə, o cümlədən terrorizmin maliyyələşdirilməsinin aradan qaldırılması səylərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik",- deyə liderlər bəyan edib.  İsrail, Yunanıstan və Kipr arasında əldə olunan razılaşma dolayısı ilə Türkiyənin Şərqi Aralıq dənizi hövzəsində və Yaxın Şərqdə artan nüfuzuna qarşı birgə hərbi alyansın qurulması kimi başa düşülə bilər. 

İsrail və Yunanıstan Aralıq dənizinə çıxışı olan dövlətdir. Kipr adası da  Aralıq dənizində yerləşir. Son illər Şərqi Aralıq dənizində geosiyasi mövqeyini  gücləndirən Türkiyənin müdafiə sənayesi sahəsində potensialını artırması öz məqsədlərinə çatmağa imkan verir. Türkiyə Şərqi Aralıq dənizindəki enerji yataqlarına iddialıdır. 

Eyni zamanda, Türkiyə və Liviya arasında 2019-cu ildə imzalanmaış su sərhədlərinin delimitasiyası və demarkasiyası haqqında müqavilə Ankaraya dənizdə mövqeyini möhkəmlətmək imkanı yaradır. Kipr adası isə bütövlükdə Türkiyənin ərazi sularına düşür. 

2024-cü ildə Suriyada baş verən hakimiyyət dəşirkliyindən sonra Türkiyənin həm Yaxın Şərqdə, həm də paralel olaraq Aralıq dənizinin şərqində  təsir dairəsi genişlənməsi İsraili daha çox narahat edir. Ona görə də İsrail Türkiyənin bölgədə artan nüfuzunun qarşısını almaq üçün Yunanıstan və Kiprlə birlikdə koalisiya yaratmağı qərara alıb. 

Netanyahu “imperiyalarını bərpa etmək xəyalı” deyərkən məhz məhz vaxtilə Osmanlı dövlətinin ərazisində olan Yaxın Şərqdə Türkiyənin təsirinin artmasının qarşısını almaq üçün birləşdiklərinə işarə edib. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Türkiyə koalisiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri