Icma.az
close
up
RU
Türkiyəyə raket hücumu...

Türkiyəyə raket hücumu...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara qətiyyətlə bildirdi- bir daha təkrarlansa...

Xəbər verildiyi kimi, martın 4-də İrandan buraxılan və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Türkiyənin Milli Müdafiə Nazirliyi sursatın Hatayın Dörtyol rayonuna düşdüyünü açıqlayıb. Nazirliyin açıqlamasında bildirilib ki, “İrandan atılan və İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru irəlilədiyi aşkarlanan ballistik sursat, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında atəşə tutulub və zərərsizləşdirilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə regional sabitlik və sülhün tərəfində olsa da, təhlükənin kimdən və haradan gəlməsindən asılı olmayaraq, ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Ərazimizin və hava məkanımızın müdafiəsi istiqamətində hər bir addım qətiyyətlə və tərəddüd etmədən atılacaq. Xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

Nazirlik bölgədə münaqişənin daha da yayılmasına səbəb olacaq addımlar atmaqdan çəkinməyə çağırış edib.

İran səfiri XİN-ə çağırıldı

Qeyd edək ki, hadisə baş verəndən sonra İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Türkiyənin reaksiyası çatdırılıb. Səfirdən, həmçinin raketin buraxılışını izah etməsi istənilib.

Məsələ ilə bağlı İran Baş Qərargahı verdiyi açıqlamada Türkiyə ərazisinə hər hansı bir raket atıldığını inkar edib, Türkiyənin suverenliyinə hörmətlə yanaşdığını bildirib.

5-ci maddə işə düşməyəcək...

ABŞ-ın müdafiə naziri Pit Heyset isə bildirib ki, Türkiyəyə raket hücumu NATO-nun 5-ci maddəsini işə salmır. Biz bu konkret münaqişədən xəbərdarıq. Lakin bu, 5-ci maddəyə bənzər bir şeyin işə düşəcəyi anlamına gəlmir. Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, NATO-ya üzv dövlətə silahlı hücum bütün üzvlərə hücum hesab olunur və ölkələr buna qarşı ümumi mübarizəyə start verir.

NATO-nun məlum hadisə ilə bağlı bəyanatında bildirilir ki, “İranın Türkiyəni hədəf almasını pisləyirik və İranın bölgədə ayrı-seçkilik qoyulmadan davam edən hücumları qarşısında Türkiyə də daxil olmaqla müttəfiqlərimizin yanındayıq”.

Diplomatik trafik gücləndirildi - Fidan Rubio ilə danışdı

Hadisədən sonra Türkiyə ilə İran arasında diplomatik və hərbi rabitə kanalları dərhal aktivləşdirilib. Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefonla danışıb. Məlumata görə, Fidan Türkiyənin reaksiyasını iranlı həmkarına çatdırıb və Tehranın münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməli olduğunu bildirib. Hadisədən sonra Fidan Küveyt, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Pakistan, İspaniya və Kanadadakı həmkarları ilə telefon danışıqları aparıb.

Hakan Fidan məsələ ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə də telefonla danışıb - bölgədəki son vəziyyət qiymətləndirilib. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Rubio Fidana Türkiyənin suveren ərazisinə hücumların qəbuledilməz olduğunu bildirib və ABŞ-ın tam dəstəyini ifadə vəd edib.

Prezident xəbərdarlıq etdi

Prezident Ərdoğan dünən Xüsusi Əməliyyatlar Komandanlığında əsgərlərlə iftar proqramından sonra məsələ ilə bağlı açıqlamalar verib. Ərdoğan bildirib ki, “NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün lazımi tədbirləri görürük və lazım olduqda dərhal müdaxilə edirik. Oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə edirik.”

Prezident Ərdoğan sosial media hesabında da paylaşım edib.

Fidan TBMM-də çıxış edəcək

AK Partiya Qrup Sədrinin müavini Özləm Zəngin, xarici işlər naziri Hakan Fidanın martın 10-da bölgədəki hadisələrlə bağlı Türkiyə Böyük Millət Məclisinə məlumat verəcəyini açıqlayıb. Özləm Zəngin vurulan ballistik raket məsələsi ilə bağlı nazir Fidanla telefonla danışdığını bildirib: “Hakan Fidan gələn çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisinə məsələ ilə bağlı ətraflı məlumat verəcək”.

Türkiyə hücumlardan necə qorunur?

Türkiyə mətbuatı yazır ki, regional gərginliyin artması və “ballistik raket diplomatiyasının” aktivləşdiyi dövrə qədəm qoyulub və Türkiyənin hava məkanının təhlükəsizliyi, ən vacib strateji gündəm maddələrindən birinə çevrilib. Yazıda Türkiyənini hava təhlükəsizliyinin təminatı ilə bağlı sistem haqqında qeyd edilib. Belə ki, müdafiənin birinci mərhələsi təhlükənin işə salındığı anda aşkarlanmasını təmin edir - Malatyanın Kürecik bölgəsində yerləşən və təxminən 1000 kilometr radiusu əhatə edən “AN/TPY-2” erkən xəbərdarlıq radarı bu sistemin “gözü” rolunu oynayır. İran, İraq və Suriya kimi ölkələrdən qalxan ballistik raketlər hələ yüksəliş mərhələsində olarkən bu radar tərəfindən izlənilir. Məlumatlar saniyələr ərzində Konyadakı NATO bazasındakı AWACS təyyarələrinə və Almaniyanın Ramşteyn şəhərindəki NATO Hərbi Hava Qüvvələrinə, eləcə də komandanlıq və idarəetmə mərkəzlərinə ötürülür. Burada təhlükənin trayektoriyası və təsir nöqtəsi hesablanır.

İkinci mərhələ həmin raketin və ya təhlükənin kosmosdan məhvidir. NATO-nun müdafiə arxitekturasında ən çəkindirici elementlərdən biri Şərqi Aralıq dənizində patrul xidməti həyata keçirən “Arleigh Burke” sinifli esminetslərdir. İspaniyanın Rota limanından yola düşən və hazırda bölgədə aktiv şəkildə fəaliyyət göstərən üç esminets (ikisi birbaşa Türkiyənin hava məkanını qorumaqla görəvləndirilib) dəniz əsaslı “Aegis” sistemindən istifadə edir. Qeyd edək ki, İrandan Türkiyəyə doğru atılan ballistik raket də məhz “Aegis” sisteminin daxilindəki “SM-3” tipli hava hücumundan müdafiə raketi tərəfindən zərərsizləşdirilib. “Exo-atmosfer tutma”nın bir hissəsi olaraq, Kürecikdən alınan məlumatlardan istifadə edərək atılan SM-3 tutucu önləyici raketlər atılan ballistik raketləri hələ kosmosda (atmosfer xaricində) olduqları zaman məhv etmək qabiliyyətinə malikdir.

Üçüncü mərhələ yaxın ərazi müdafiəsidir. Raketlər terminal mərhələsinə (aşağı hündürlükdə eniş mərhələsi) daxil olarsa, “nöqtə müdafiəsi” sistemləri işə düşür. NATO missiyasının bir hissəsi olaraq Adanadakı İncirlik yaxınlığında yerləşdirilən İspaniyanın 74-cü Hava Hücumundan Müdafiə Artilleriya Alayı bu müdafiənin son halqasını təmsil edir. “Patriot” (MIM-104 / PAC-3) batareyaları şəhərlərə və ya strateji obyektlərə yaxınlaşan təhdidləri məhv etməyə hazırdır. Nəhayət, 4-cü mərhələ milli müdafiə sistemidir - NATO arxitekturası yüksək səviyyədə təhlükəsizlik təmin etsə də, Türkiyə bu xarici asılılığı azaltmaq üçün öz daxili və milli sistemlərini yerləşdirib. “SİPER” uzun mənzilli hava hücumundan müdafiə sistemi Türkiyəyə yüksək imkanlar yaradır. “SİPER” tam fəaliyyətə başladıqdan sonra Türkiyə öz daxili sensor və əks tədbirlər şəbəkəsi ilə müttəfiq ölkələrə belə dəstəyini gücləndirəcək.

Ankaranın qiymətləndirməsi...

Türkiyə KİV-lərinin məlumatına görə, məsələ ilə bağlı Ankaranın qiymətləndirilməsi birmənalıdır - məsələ təcrid olunmuş bir raket parçası ilə məhdudlaşmır. Burada məsələ sərhəd təhlükəsizliyi, regional sabitlik və çəkindirmə ilə birlikdə, kompleks halda nəzərdən keçirilir. Bundan əlavə, mənbəyindən və ya əsaslandırılmasından asılı olmayaraq, hava məkanının hər hansı bir formada pozulması Türkiyənin milli təhlükəsizliyinə təhdid hesab olunur. Vurğulanır ki, Türkiyə qarşıdurma başlanan gündən diplomatiyaya üstünlük verən və gərginliyi azaltmağa çalışan bir mövqe tutub. Prezident Rəcəb Tayyib Ərdoğan böhran başlamazdan əvvəl diplomatik təmaslarında açıq şəkildə sakitliyə və dialoqa çağırışlar edib. Münaqişələr başladıqdan sonra lider diplomatiyası vasitəsilə atəşkəs və sabitliyə üstünlük verən bir xətt izləyib. Ankaranın qiymətləndirmələrinə görə, Türkiyənin prioriteti hücumların dayandırılması və daimi atəşkəsin yaradılmasıdır. Bununla belə, hərbi potensialı, kəşfiyyat dərinliyi və böhran idarəetmə imkanları ilə bütün ssenarilərə hazır olduğu vurğulanır. Milli təhlükəsizliyi təhdid edən heç bir cəhdin cavabsız qalmayacağı mesajı verilir.

ABŞ, İsrail və İran arasındakı gərginliyin əvvəlindən məsələnin dinc və diplomatik yolla həllini dəstəkləyən və münaqişələrdə tərəf olmayacağını bəyan edən Türkiyənin təxribatlara və dezinformasiyalara etibar etmədiyi vurğulanır. Qeyd olunur ki, Türkiyə müharibənin bir hissəsinə çevrilməyib, əksinə tərəfləri danışıqlar masasına qayıtmağa təşviq edir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri