Icma.az
close
up
RU
Türkiyəyə turist axını niyə azalıb? Yemək baha, muzey baha...

Türkiyəyə turist axını niyə azalıb? Yemək baha, muzey baha...

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Türkiyəyə səyahət edən turistlər qiymətlərin baha olmasından şikayətlənirlər. Restoran, muzey, otel qiymətləri narazılıqla qarşılanır. Azərbaycandan da Türkiyəyə gedən turistlərin sayı ötən il ilə müqayisədə azalıb.

Bəs Türkiyədə qiymət artımı əsasən nə ilə bağlıdır?

Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki, qarşıdan yay tətili gəlir, ər kəs həm Azərbaycan hüdudlarından kənara, eyni zamanda bölgələrə daha çox üstünlük verir:

"Ümumi olaraq, bu gün təkcə Türkiyədə deyil, bütün dünyada baş verən böhran istər-istəməz bütün ölkələrə təsir edir. Türkiyədə bugünkü gündə lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi, xarici valyutanın məzənnəsinin qalxması Türkiyə daxili bazarında ərzaqların qiymətlərinin qalxmasına səbəb olub. Bu da ümumi olaraq əmək haqlarının da qalxmasına səbəb olub. Bu baxımdan təbii ki, bunların hamısı turistlərin hesab faktoruna əlavə olunub. Bu qaçılmazdır, bir ölkədə bahaçılıq yaranırsa, inflyasiya gedirsə, bu onu göstərir ki, qiymətlər dinamik olaraq dəyişir".

Turizm eksperti qeyd etdi ki, artım gözlənilən idi.

"Türk lirəsinin məzənnəsinin aşağı düşməsi, bazar qiymətlərinin, maaşların qalxması otel qiymətlərinə də təsirsiz ötüşməyəcəkdi. Hesab edirəm ki, gələcəkdə zaman-zaman bunun həlli yolunu türk tərəfi tapmağa çalışar. Bunu digər məsələlərlə kompensasiya etmək olar. Məsələn, muzeylərə girişi ödənişsiz və ya minimum qiymətlə, turların təşkilini dövlət tərəfindən xüsusi proqram vasitəsilə müəyyən qədər qarşılamaqla itkiləri kompensasiya edə bilərlər. Təkrar turist axını bərpa oluna bilər", - deyə R.Quliyev bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri