Türkiyəyə uçuşları olan sərnişinlərə xəbərdarlıq
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyənin Ankara şəhərində keçiriləcək NATO zirvəsi çərçivəsində uçuşlarda dəyişikliklər yarana bilər.
Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Esenboğa Hava Limanının operatoru olan TAV məlumat verib.
TAV uçuşlarda dəyişikliklərin ola biləcəyini bildirərək sərnişinlərə cari uçuş məlumatlarını yoxlamaları barədə xəbərdarlıq edib.
"Ankarada keçiriləcək NATO zirvəsi çərçivəsində 6-12 iyul tarixlərində bütün şəhər ərazisində tətbiq ediləcək təhlükəsizlik tədbirləri səbəbindən bəzi marşrutlarda nəqliyyat sıxlığı və nəqliyyat məhdudiyyətləri yarana bilər", - deyə bildirilib.
"Hava limanına vaxtında çatmağınız üçün marşrutunuzu əvvəlcədən yoxlamağınızı və planlaşdırdığınız saatdan daha tez yola düşməyinizi tövsiyə edirik. Həmçinin 7-8 iyulda həyata keçiriləcək əməliyyat tənzimləmələri səbəbindən bəzi uçuşlarda dəyişikliklər ola bilər. Mövcud uçuş məlumatlarınızı aidiyyəti aviaşirkət vasitəsilə izləməyinizi xahiş edirik", - deyə paylaşımda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 İyul 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















