Icma.az
close
up
RU
Türklər hədəf alına bilər İsrail və ABŞ...

Türklər hədəf alına bilər İsrail və ABŞ...

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın nüvə obyektlərinə edilən zərbələr, İsrailin "sərhədsiz" hücum doktrinası və ABŞ-nin müharibəyə daxil olmaq ehtimalı bölgədə yeni toqquşma təhlükəsini artırır. Bu kontekstdə İran daxilindəki regional parçalanma meylləri də diqqət mərkəzinə keçib. Məsələ ondadır ki, istər İraqdakı, istərsə də İrandakı kürd siyasi-hərbi birlikləri İsrailə simpatiya bəsləyən qüvvələr tərəfindən dəstəklənir. 

Bəs bu, genişmiqyaslı quru əməliyyatı üçün əsas ola bilərmi? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, İsrail uzun illərdir ki, regionda İranın təsirini zəiflətmək üçün qeyri-dövlət aktorları ilə əlaqələr qurur. 

Onun sözlərinə görə, İranın şimal-qərbində, xüsusilə də Mahabad, Kirmanşah, Sənəndəc bölgələrində kürd əhalisi, zaman-zaman Tehrana qarşı üsyan meylləri göstərib. Və maraqlıdır ki, İran rejimi də bu kartdan Azərbaycan türklərinin sıxışdırılması məqsədilə istifadə edib. Bu baxımdan, sözügedən bölgələrdə və Güney Azərbaycan ərazilərinin bir hissəsində "Komala", "PEJAK" və digər bu kimi təşkilatlar xarici dəstəklə təxribat fəaliyyətlərini genişləndirə bilərlər. 

Millət vəkili qeyd edib ki, İranın quru və dəniz sərhədlərindən quru yolu ilə daxil olmaqla hərbi müdaxilə olduqca riskli və genişmiqyaslı nəticələrə yol aça bilər:

“Bu, yalnız lokal deyil, regional müharibəyə səbəb ola bilər. ABŞ və İsrailin indiki mərhələdə bu cür əməliyyata başlaması ehtimalı azdır, Çünki İran ərazisi kifayət qədər genişdir, ordu və təhlükəsizlik qüvvələrinin sayı çoxdur və kənardan müdaxilə daxildəki müqavimət hissini daha da gücləndirə bilər. Lakin lokal səviyyədə, məsələn, İranın kürd bölgələrində silahlı qarşıdurmaların alovlandırılması, diversiya və terror aktlarının təşkili  daha real bir ssenaridir”.

Siyasi şərhçi nəzərə çatdırıb ki, İran daxilində baş verən destabilizasiya rejimin Cənubi Azərbaycanda da təzyiqlərini işə salınmasına səbəb ola bilər:

“İrandakı bəzi dairələr kürd-sünni problemindən diqqəti yayındırmaq üçün türkləri hədəfə ala bilərlər. İran daxilindəki kürd bölgələrinin sabitliyi və bu ərazilərin xarici aktorlar tərəfindən istifadə olunması ehtimalı Yaxın Şərqdə təhlükəsizliyin əsas açarlarından biridir. İsrail və ABŞ bu kartdan istifadə etsələr belə, bu addımlar daha çox təzyiq və daxili sabitliyi pozmaq məqsədi daşıyacaq. Quru əməliyyatı ehtimalı hələlik çox zəif görünür”.


Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri