Türkmənbaşı Bakı Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları təxminən üç dəfə artıb Səfir
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları son illər təxminən üç dəfə artıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, bütövlükdə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi iki dəfədən çox artıb və bu, strateji tərəfdaşlığın sabit inkişafını nümayiş etdirir. Səfir qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əlaqələr son illər xeyli möhkəmlənib. "Xəzər dənizi xüsusilə vacibdir, çünki o, geosiyasi qeyri-sabitlik şəraitində Şərqlə Qərb arasında həyati əlaqəyə çevrilərək fəal inkişaf edən nəqliyyat və logistika marşrutları üçün mərkəzdir", - o vurğulayıb.
Q.Elyasov qeyd edib ki, dövlət başçıları - Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ikitərəfli əlaqələri möhkəmləndirir və ticari-iqtisadi, siyasi, enerji, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafı üçün stimul yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 10 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















