Türkmənistan BMT nin Əfqanıstandakı missiyası ilə əməkdaşlığı inkişaf etdirir
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkmənistanın Herat şəhərindəki Baş Konsulluğunun binasında BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri xanım Tomoko Kutoba ilə Baş konsul Batır Yolov arasında görüş keçirilib.
525.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı fəaliyyətin əsas məsələlərini müzakirə ediblər. Görüşdə Türkmənistan ilə BMT-nin Əfqanıstana Yardım Missiyası arasında çoxşaxəli əməkdaşlığın yüksək səviyyəsi vurğulanıb.
Danışıqlar zamanı hökumətin Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəmərinin, elektrik xətlərinin və fiber-optik rabitə sistemlərinin tikintisinin irəliləyişinə dair mühüm təşəbbüslər qeyd edilib. Ölkələr arasında dəmir yolu nəqliyyatının intensivliyinin artırılması da müzakirə olunub.
Görüşün yekununda nümayəndələr əməkdaşlığın gücləndirilməsində və onun yeni məzmunla irəli aparılmasında qarşılıqlı şəkildə maraqlı olduqlarını təsdiq ediblər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















