Türkmənistan görüşü hansı perspektivləri vəd edir?
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü həm region ölkələri, həm də Azərbaycan üçün olduqca faydalıdır. Azərbaycan artıq bir neçə ildir ki, bu formatda keçirilən görüşlərə qatılır və bu təmsilçilik Mərkəzi Asiya respublikaları ilə yanaşı, Bakıya da əlavə dividentlər gətirir.
Bunları [/b]Newscenter.az-a politoloq Arzuman Muradlı Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, xüsusilə görüşün nəticəsi olaraq imzalanan birgə bəyanat çoxtərəfli əməkdaşlıq üçün yeni im kanlar deməkdir:
"Bəyanatda müxtəlif sahələrdə əməkdaşlığın əks olunması xüsusi diqqət çəkir. Belə ki, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır. Eyni zamanda qlobal istiləşmə, ekoloji tarazlığın pozulduğu bir dünyada görüş iştirakçılarının ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayırması təqdir edilməlidir. Beləliklə, Məşvərət Görüşü iştirakçıları iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunmasını da prioritet hesab edirlər. Nəzərə alsaq ki, Məşvərət Görüşü iştirakçısı olan ölkələrdən Azərbaycan daxil olmaqla 3-ü Xəzəryanı ölkədir və son illərdə dənizdə ekoloji tarazlığın pozulması, onun su səthinin azalması kimi mənfi tendensiyalar müşahidə edilir, o zaman bəyanatda ekoloji sahəni əhatə edən maddənin əks olunması Xəzərin birgə mühafizəsində də mühüm rol oynayacaq".
Arzuman Muradlı deyib ki, sözügedən formatda əməkdaşlıq elmi, mədəni-humanitar sahədə də əlaqələr üçün yeni imkanlar deməkdir:
"Bəyanatda əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi də əksini tapıb ki, bu da elmi, ali təhsil müəssisələri sahəsində əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək".
[b]Süleyman
Bu mövzuda digər xəbərlər:Türkmənistan Azərbaycan Özbəkistan formatının perspektivləri
23 Avqust 2025 10:29
Çoxtərəfli əməkdaşlığın yeni perspektivləri Azərbaycan Özbəkistan Türkmənistan
27 Avqust 2025 12:07
Türkmənistan görüşü geosiyasi baxımdan da əhəmiyyətlidir
22 Avqust 2025 23:26
Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
22 Avqust 2025 12:51
Baxış sayı:74
Bu xəbər 08 Oktyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















