Icma.az
close
up
RU
Türkoloji qurultayın 100 illiyində gözlənilənlər...

Türkoloji qurultayın 100 illiyində gözlənilənlər...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib.

"Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm", - Prezident vurğulayıb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı xatırladıb ki, Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələ sammitində irəli sürdüyü təkliflərdən biri də birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması ilə bağlı olub:

"Qeyd edim ki, Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı, xarici qonaqlar, ümumilikdə isə 100-dən artıq alim, dilçi, tarixçi, şair, yazıçı və digər görkəmli müttəfəkkirlər iştirak edib. Bu qurultay türk dünyasının rəmzlərindən, dəyərlərindən biridir və tarixdə çox mühüm yeri var. Qeyd etmək lazımdır ki, Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu məsələlər yalnız XX əsrdə deyil, müasir dövrdə də türkoloji elmin və türk xalqlarının mədəni inteqrasiyasının aktual problemləri kimi qiymətləndirilir. Qurultay tərəfindən irəli sürülən ideyalar, ortaq yazı və dil prinsiplərinin yaradılması, elmi terminologiyanın sistemləşdirilməsi və türk xalqlarının ədəbi dilinin inkişafına dair tövsiyələr, bugünkü dövrdə də strateji və elmi əhəmiyyətini saxlayır və Türk Dövlətləri Təşkilatı Qurultayın 100 illiyində bu məsələləri yenidən gündəliyə gətirə bilər".

Deputat sonda qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi üçün cənab Prezident tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi tarixin unudulmaması, yadda saxlanılması, türk dövlətləri arasında birliyin, həmrəyliyin gücləndiriməsi baxımından olduqca vacib və önəmli məsələdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri