TÜRKPA Astanada səsvermə prosesini müşahidə edir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Qazaxıstanda ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Astana qrupu səsvermə prosesinin müşahidəsini həyata keçirir.
Newscenter.az xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.
"Missiya üzvləri saat 07:00-da səsvermə məntəqəsinin açılışını müşahidə ediblər və referendum günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər. Missiya üzvləri həmçinin səsvermə məntəqəsində səslərin sayılmasını müşahidə edəcəklər",- məlumatda bildirilib.
Referendumun müşahidəsi prosesi çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən beynəlxalq müşahidəçi qismində Türkiyənin "TRT Avaz" və "TRT Haber" telekanallarına, Çinin "CGTN" dövlət televiziyasına, həmçinin Rusiyanın "İzvestiya" informasiya agentliyi və telekanalına səsvermənin gedişatı barədə ətraflı məlumat verib.
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Astana qrupunun tərkibinə parlament deputatları Məlahət İbrahimqızı (Azərbaycan), Irısbek Atajanov (Qırğızıstan), Osman Mesten (Türkiyə), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti - Baş katibin müavini Talqat Aduov, komissiya katibi Aynurə Abutalıbova, Təşkilati-inzibati məsələlər üzrə katibi Ələsgər Ağayev və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi Kürşat Melih Sarıaslan daxildir.
Bu mövzuda digər xəbərlər:Astanada TÜRKPA nın 14 cü plenar iclası keçiriləcək
05 İyun 2025 23:05
TÜRKPA nın Astanada keçiriləcək 14 cü iclasında müzakirə olunacaq məsələlər açıqlanıb
09 İyun 2025 21:00
Bu il Astanada TÜRKPA nın üzv ölkələrin parlamentlərinin Xarici Əlaqələr Komitələrinin növbəti toplantısı keçiriləcək
23 Yanvar 2026 00:18
Astanada ümumtürk konserti
09 Fevral 2025 09:22
Astanada medalsız gün
09 May 2026 18:01
Baxış sayı:237
Bu xəbər 15 Mart 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















