TÜRKPA nın ATƏT PA da müşahidəçi statusu əldə etməsi imkanları müzakirə olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 fevral, AZƏRTAC
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Vyanaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında ölkəmizin Vyanadakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.
TÜRKPA-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi, eləcə də bu istiqamətdə üzv dövlətlər tərəfindən göstərilə biləcək dəstək məsələləri müzakirə edilib.
Bununla yanaşı, TÜRKPA-nın yaxın gələcəkdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak perspektivi də nəzərdən keçirilib.
Səfir Rövşən Sadıqbəyli Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi adından TÜRKPA-nın ATƏT, eləcə də ATƏT PA ilə əməkdaşlıq prosesinə mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 18 Fevral 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















