Icma.az
close
up
RU
Türksoylu ölkələrin nümayəndələri Milli Məclisdə FOTO

Türksoylu ölkələrin nümayəndələri Milli Məclisdə FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində türksoylu ölkələrin və icmaların qadın ictimai xadimlərinin, elm və təhsil qurumları təmsilçilərinin iştirakı ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, oktyabrın 3-də keçirilən görüşdə Komitə sədri Fazil Mustafa türksoylu ölkələrin qadın liderlərinin əməkdaşlığının önəmini vurğulayaraq, çağdaş dünyada ictimai birliklərin, o cümlədən qadın təşkilatlarının rolunun cəmiyyətin inteqrasiyası, maariflənməsi və həmrəyliyinin təmin edilməsində önəmini qeyd edib. O, bildirib ki, Azərbaycan bu sahədə əməkdaşlığa və yeni təşəbbüslərə hər zaman açıqdır. 

Qonaqlar adından salamlama nitqi ilə çıxış edən “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin başqanı Mualla Uydu Yücel səmimi qəbula görə təşəkkürünü bildirib, qadın liderlərinin ortaq mədəniyyət, elm və ictimai təşəbbüslər istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirib, “UMAY ANA”nın fəaliyyətindən söz açıb.

Sonra komitənin sədr müavini Sahib Alıyev, üzvlər Səbinə Salmanova və Günay Ağamalı, qonaqlardan - 
Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin Mədəniyyət naziri Marina Semyonova, 
Qırğızıstan EA Dövlət Hüququ Tədqiqat və İxtisaslaşdırma Bölməsinin rəhbəri Turdukan Cumabekova, Güney Qazaxıstan Pedaqoji Universitetinin prorektoru Barşagül İsabek, Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil, Ədəbiyyat İnstitutunun əməkdaşı Qızılgül Tagandurduyeva, İstanbul Gedik Universitetinin Qadın Sahibkarlığı Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Ayşin Kaya Şişman, Dünya Axıskalı Türklər Birliyinin (DATÜB) Qadın Qollarının başqanı Refika Muhammedgil və “UMAY ANA - Türk Dünyası Qadınlar Birliyi”nin Azərbaycan təmsilçisi Xuraman Ağamirzə ürək sözlərini bölüşüb.

Çıxışlarda Türk dünyası tarixində qadının yeri, rolu, o cümlədən çağdaş örnəklər, Heydər Əliyev Fondunun, Fondun prezidenti, ölkəmizin l vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən humanitar işlər minnətdarlıqla vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsində, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yolun məziyyətlərindən söz açılıb, qardaş ölkə və topluluqlardakı vətəndaş cəmiyyəti institutlarının birgə layihələrinin perspektivləri barədə müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see228

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see184

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see151

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see150

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see146

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see118

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri