Icma.az
close
up
RU
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi

“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Son mövsümdə uğursuz çıxış edən, avrokuboklara vəsiqə qazana bilməyən “Araz-Naxçıvan” əvvəlcə ukraynalı baş məşqçisi Andrey Demçenko, ardından 10 futbolçu ilə vidalaşdı.

Bu futbolçular arasında Bəxtiyar Həsənalızadə də var. Təcrübəli müdafiəçi ilə söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.
- "Araz-Naxçıvan"ın heyətindəki oyununu necə qiymətləndirirsən?
- İlk gəldiyim il daha uğurlu idi. Düşünürəm ki, "Araz-Naxçıvan"da karyeram ümumilikdə yaxşı alındı. Həmişə komanda üçün əlimdən gələni etmişəm. Meydanda qələbə qazanmaq üçün bütün gücümü ortaya qoymuşam.
- Bəs "Araz-Naxçıvan"ın son mövsümdəki çıxışı haqda fikrin necədi?
- Birinci dövrənin yekununda avrokuboklara vəsiqə baxımından müəyyən şanslarımız var idi. İkinci dövrədə isə həmin şansı əldən verdik. Zəif təsir bağışladıq. Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir.
- Amma komanda ötən mövsüm avrokuboklara vəsiqə qazanmışdı, hətta mərhələ adlamağı da bacarmışdı. Bu mövsüm həmin heyətdə elə bir ciddi dəyişiklik də baş verməmişdi. Bəs komandanın belə geriləməsinə səbəbi nədi?
- Səbəbin nə olduğunu tam bilmədik. Hər komandada eniş olur. Bu mövsüm də eyni hal bizim başımıza gəldi. Məğlubiyyətlər yaşadıq, xallar itirdik və avrokuboklar uğrunda mübarizədən qopduq.
- Elmar Baxşıyevin Andrey Demçenko ilə əvəzlənməsi nə dərəcə doğru qərar idi?
- Bu haqda nəsə deyə bilmərəm. Rəhbərliyin verə biləcəyi qərardı.
- "Araz-Naxçıvan"ın sənlə yolları ayırmasına nə səbəb oldu?
- Müqaviləmin müddəti başa çatdı və uzadılmadı. Nəticədə ayrılmalı oldum.
- Başqa klublardan təklif varmı?
- Təklif var. Hələ ki qərar verməmişəm. Menecerlər vasitəsilə əlaqədəyəm. Danışıqlar prosesi gedir. Ən uyğun variantı seçməyə çalışıram.
- Bir müddət "Tuzlaspor"da legioner həyatı yaşayıbsan. Yenidən belə addım atmağın mümkündü?
- Legioner həyatı da istisna deyil. Uyğun təklif gələrsə, o da mümkündü.
- Milli komandaya dəvət almayıbsan. Bunun səbəbi nədi?
 - Milliyə dəvət almağı mən də çox istəyirəm. Lakin bu təkcə mənim istəyimlə bağlı məsələ deyil. Niyə çağrılmadığıma dair məlumatım yoxdu. Qərarı məşqçi heyəti verir. Hər bir qərara da hörmətlə yanaşıram.
MURAD ABDULLAZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri