“Turşsu” İstirahət Mərkəzində cinayət: Restoran sahibi müştərinin başına butulka çırpdı
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən “Turşsu” İstirahət Mərkəzinin ərazisində baş verən cinayətin təfərrüatı məlum olub.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, mərkəzdə yerləşən “Qızıl Balıq” adlı restoranın sahibi 1981-ci il təvəllüdlü Kamran müştərisi Fədaiyi adlı şəxsə xəsarət yetirib.
İttihama görə, hadisə 22 iyul 2023-cü ildə baş verib. Kamran Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən işlətdiyi “Qızıl Balıq” adlı restorana istirahət etmək məqsədilə gəlmiş Şəmkir rayonu, Kür qəsəbə sakini Fədai ilə mübahisə edib.
Kamran Fədainin sifariş etdiyi yeməklə bağlı restoranın mətbəxində aralarında baş vermiş mübahisədən sonra həmin gün saat 21 radələrində digər şəxslərlə birlikdə istirahət edən onun olduğu yerə gedib. Orada Fədaidən bir qədər əvvəl mətbəxdə baş vermiş mübahisə zamanı anasının yanında onu təhqir etməsinin səbəbini soruşub.
Bu barədə irad bildirməklə ondan həmin hərəkətinə görə üzr istəməsini deyib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı masanın üzərindəki 1 litr həcmində olan araq şüşəsinin butulkasını götürərək Fədainin baş nayyihəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Kamranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Fədaini tanımayıb: “Mən həmin yerdə mövsümü yeməkxana işlətmişəm. Həmin tarixdə əvvəl 3 nəfər, sonra isə 4 nəfər şəxslər gəlmişdilər. Həmin şəxslər özləri ilə yemək gətirmişdi və yeyib-içdilər. Saat 4 radələrində 2 nəfər şəxs qaldı, digər şəxslər isə getdilər. Bundan sonra həmin şəxslər “bizə beçə verin” dedilər. Bundan sonra biz həmin şəxslərlə bir neçə dəfə danışıqlar apardılar. Lakin buna baxmayaraq, həmin şəxslər bizə qulaq asmadılar. Bundan sonra həmin şəxslər bizi təhqir edərək hədə-qorxu gəldilər. Orada olan şəxslər məni vurdular. Mən isə öz növbəmdə masanın üzərində olan şüşəni onlar tərəfə atdım. Həmin şüşə Fədai adlı şəxsə dəydi. Bundan sonra həmin yerə polis əməkdaşları gələrək bizi polis şöbəsinə dəvət etdilər. Sonra xəsarətlə bağlı rəy alındı və işimizin araşdırılması Gədəbəy rayon Prokurorluğunda aparıldı. Hadisə yerində olan şəxslərdən anam Raya Rüstəmova, oğlum və özüm olmuşam. Sonradan olanlar yadımda qalmayıb”.
İş üzrə zərərçəkmiş Fədainin sözlərinə görə, onlar istirahət etmək üçün Kamrana məxsus obyektə gediblər: “Mən və qardaşım Maarif, əmim oğlu Çapay, bibim oğlu Samir, həmçinin bibim oğlunun kirvəsi Elvin adlı şəxslərlə istirahət etməyə getdik. Həmin vaxt biz yemək sifariş vermək istədik. Lakin Kamran “toyuq yoxdur” dedi. Biz başqa nə olduğunu soruşduq. Kamran isə əsəbi halda heç nə olmadığını dedi. 10-15 dəqiqə sonra Kamran əyləşdiyimiz masaya yaxınlaşaraq bizə “siz məndən üzr istəməlisiz” dedi. Cavab olaraq “mən sənə söyüş söyməmişəm, nəsə etməmişəm” dedim. Həmin vaxt söhbət əsnasında Kamran butulka ilə məni vurdu”.
Zərərçəkmiş Fədainin əmisi oğlu Çapay bildirib ki, onlar Kamrana cücə qızartması sifariş veriblər: “Bir müddət keçdikdən sonra cücə qızartmasının olmaması bildirildilər. Həmin vaxt biz “əgər yoxdursa, bunu əvvəllcədən deyərdiz” dedik. Bundan sonra Fədai gedərək nə deyib, nə deməyibsə, Kamran biz oturan masaya yaxınlaşdı. Fədainin nə deməsini mən görməmişəm. Həmin vaxt Kamran ilə mübahisə düşdü və Kamran butulka ilə Fədaini vurdu. Bundan sonra Fədai yerə yıxıldı”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ona təyin olunmuş 2 il müddətə azadlıqdan məhrumetmə cəzası onun 29 sentyabr 2023-cü il tarixdən 7 noyabr 2025-ci tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilib və onun cəzası çəkmiş hesab olunub.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Baxış sayı:100
Bu xəbər 29 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları