Turşudan zəhərləmə ardıcıl can aldı Təhlükədən necə qorunaq?
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərləmə halları çox olur.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.
Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, turşu məhsullarının hazırlanmasında bəzi məqamlar var ki, bunlara ciddi yanaşmadıqda zəhərlənmə, ölüm halı qaçılmaz olur.
Seymur Qafarov bildirib ki, turşu məhsullarının qablaşdırılmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Şüşə qablarda hazırlanan məhsullar bir -birinə yaxın və günəş şüaları altında saxlanmamalıdır.
Ekspert bildirib ki, istifadəyə yararsız konservləşmiş məhsulu qablaşdırmanın görünüşündən, qapağın altında yığılmış ağ təbəqədən və qoxusundan aydın etmək olur. Bu məhsullar qaranlıq şəraitdə saxlanmalı, otaq temperaturu isə 20-23 dərəcə arasında olmalıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Noyabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















