Tusk: Polşa Rusiya qırıcılarını vurmağa hazırdır
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Polşa ölkə ərazisinə və vətəndaşlarına real təhlükə yaradacaq hava hədəflərinin, xüsusilə də Rusiya hərbi təyyarələrinin vurulması ilə bağlı qərar verməyə hazır olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk ölkənin şimalındakı Sierakovitse şəhərində keçirdiyi mətbuat konfransında, Çexiya Prezidenti Petr Pavelin NATO ölkələrinin hava məkanlarını pozan Rusiya qırıcılarını vurmaq hüququ barədə bəyanatına münasibət bildirərkən deyib.
“Bizə təhlükə yarada biləcək obyektlərin – xüsusilə də Rusiya qırıcılarının – məsələn, ərazi sularımız üzərində uçduğu təqdirdə məhv edilməsi ilə bağlı istənilən qərarı verməyə hazırıq”, – deyə, Tusk vurğulayıb.
Bununla belə, o əlavə edib ki, bu cür ciddi qərarların münaqişənin kəskinləşməsinə səbəb olmaması üçün ehtiyatlı yanaşma vacibdir.
Baş nazir həmçinin qeyd edib ki, Baltik dənizində, Polşa qazma platforması üzərində qeydə alınan Rusiya təyyarələrinin uçuşu ilə bağlı vəziyyət tam aydın deyil və yekun qərar verilməzdən əvvəl dərin təhlil tələb olunur.
Tuskun sözlərinə görə, bu kimi vəziyyətlərdə Polşa mümkün qərarları NATO müttəfiqləri ilə razılaşdıraraq verməli və bu yolda tək qalmayacağına əmin olmalıdır.
Aytən Yaşar/ Turkustan.az


