Tuska qarşı sui qəsd planı: Polşa hərəkətə keçdi
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa polisi Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı yönəlmiş mümkün sui-qəsd planı barədə məlumat əldə edib.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka məlumat yayıb.
Məlumata görə, Daxili Təhlükəsizlik Agentliyinin Terrorla Mübarizə Mərkəzi polis, Dövlət Mühafizə Xidməti və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirib.
Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib ki, daxil olan xəbərdarlıq bu tipli əvvəlki məlumatlarla müqayisədə daha ciddi narahatlıq doğurur.
Şlapka təhlükəsizlik xidmətlərinin hazırda məlumatı yoxladıqlarını deyib.
İddia olunan sui-qəsdçi və ya mümkün həbslər barədə hələlik heç bir məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















