Icma.az
close
up
RU
Tut arağından sonra QƏTL: Yasamaldakı cinayətin şahidi DANIŞDI

Tut arağından sonra QƏTL: Yasamaldakı cinayətin şahidi DANIŞDI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Lent.az-ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid Nihad Abbaslı təqsirləndirilən şəxsi tanıdığını bildirib:

"Azər mənə zəng edib Təbrizlə mübahisə etdiyini bildirdi. Başqa bildiyim yoxdur. Təbrizi Rəşada, Azərə görə tanımışam. İki gün sonra mənə yığdılar ki, "Gəl, oturub çörək yeyək". İçki içən deyiləm deyə "işim var" deyib getmədim. Tut arağından o qədər içib neyləyiblərsə, burada mənim nə təqsirim var?".

Təqsirləndirilən Təbriz Həsənov Nihad Abbaslının zənginə çölə çıxdığını deyib: "Həmin gün rəhmətliklə mübahisələrim oldu, mən də söyüş söydüm. Biz axşam 7-8-ə kimi kafedə olduq. Rəhmətlik dedi "Nihad gəlir, Cavid gəlmir". Kafedən Azərlə çıxıb ağaclığa keçdik. Azəri mən öldürməmişəm, Nihad öldürüb".

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablayıb.

Zərərçəkənin nümayəndəsi şahidin onun oğlunu öldürməkdə ittiham edərək, yalan ifadə verdiyini deyib:

"Mən bu işdə bir tək təşkilatçını tapa bilmirəm, bunların üçü də qatildir".

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesin 5 dekar  saat 14:15 -ə təyin edildiyini elan edib.

Xatırladaq ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri