“Tvente” ilə başlayan nağıl “Tvente” ilə başa çatdı
Icma.az bildirir, Apasport portalına istinadən.
Çətindir… Avropa yarışlarında nəhayət ki, iki komanda ilə təmsil olunacağımızı gözləyirdik. “Qarabağ”ın təcrübəsi, bacarığı və gücü buna inanmağımıza zəmanət verirdi.
12 il öncə, yayın son həftələrində Niderlandda başlayan era Bakıda sona çatdı. Məhz həmin “Tvente” ilə duel bu dəfə əks nəticə verdi. İllər öncə biz sevinmişdiksə, indi sıra onlara keçdi.
Matçın ilk hissəsindən sonra ümumi hesab 2:0 təmsilçimizin xeyrinə idi. Heyətdə zədəlilərin çoxluğu, yeni transferlərin komandaya uyğunlaşa bilməməsi acı sonluğa səbəb oldu. Qorxduğumuz başımıza gəldi. Avropada “Qarabağ” nağılı başa çatdı.
Amma yalnız bu mövsümlük bitdi. Növbəti mövsüm Avropa meydanlarında rəqiblərinə diz çökdürən daha güclü, daha inamlı “Qarabağ” görəcəyik. Ən azından son iki transfer bunu söyləməyə inam verir.
Hələlik bayquşun yalnız uçuşundan zövq alaq. Növbəti mövsüm atla birlikdə tarixi yürüşə çıxacaqlar…
Qurban Qurbanov: “Həmin stadionda xoş xatirəmiz var” UFC: Almabayevdən İNAMLI QALİBİYYƏT "Qəbələ"nin iki üzvü fərdi məşq etdi Renat oynadı, komandası məğlub oldu "Bayer"i dayandıran tapılmır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















