Tvente Qarabağ la oyundan əvvəl futbolçusu Sayf Ltayeflə yollarını ayırıb
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Niderlandın "Tvente" klubu futbolçusu Sayf Ltayeflə yollarını ayırıb.
Bu barədə Erediviziya təmsilçisi məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Polşanın "Krakoviya" klubu ilə müqavilə imzalayıb.
Tunis millisinin üzvü ötən mövsüm icarə əsasında Niderlandın "Sparta" və Almaniyanın "Qroyter Fyurt" komandalarının formasını geyinib.
Xatırladaq ki, "Qarabağ" bu gün "Tvente"yə qarşı pley-off mərhələsinin ilk oyununu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
///Report///
Bu mövzuda digər xəbərlər:Qarabağ Tvente ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
25 Avqust 2026 12:46
“Qarabağ”la oyundan əvvəl itki
12 Fevral 2026 14:46
“Çelsi”nin futbolçusu “Qarabağ”la oyundan əvvəl zədəsini sağaldıb
24 Oktyabr 2025 14:52
“Qarabağ”la oyundan əvvəl transferi açıqladılar
27 Yanvar 2026 09:26
“Qarabağ”la oyundan əvvəl qələbə qazandılar
07 Dekabr 2025 14:45
Baxış sayı:183
Bu xəbər 20 Avqust 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















