U 17 nin millimizin təlim məşq toplanışı üçün heyəti məlum olub
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
İdman.Biz bildirir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.
Təlim-məşq üçün aşağıdakı futbolçular cəlb olunub:
Nurəziz Əzizov (Neftçi), Bilal Hacıyev (Qarabağ), Murad Muradov (Zirə), Kamil Həsənov (Neftçi), Uğur Qurbanlı (Qarabağ), Rəşad Gülüşov (Sabah), Səttar Tahirzadə (Marset, İspaniya), Zeyd Nəsirulla (Berliner AK 07, Almaniya), Atacan Məmmədov (Marset, İspaniya), Muhamməd Çodarov (Marset, İspaniya), İsmayıl Səfərli (Neftçi), Əli Kiçibəyov (Turan Tovuz), Amin Rzayev (Qarabağ), Allahverdi Şirinov (Qəbələ), Raul İsaqov (Kəpəz), Nihad Hüseynzadə (Sabah), Musa Mustafayev (Zirə), İbrahim Xəlilov (Sabah), Samir Şərifov (Sabah), Pünhan Kərimov (Marset, İspaniya), Əli Bəşirov (Qarabağ), Rüstəm Hüseynli (Neftçi), Kamal Zülfiyev (Sumqayıt), Murad Həmidov (Elversberqs, Almaniya).
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Mart 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















