U 19 millimizin baş məşqçisi: “Özbəkistanla matçda uşaqlar xarakter göstərdilər”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvləri ötən gün Daşkənddə baş tutan Özbəkistanla yoldaşlıq matçında xarakter göstəriblər.
Bunu “Report”a millinin baş məşqçisi Elxan Abdullayev deyib.
O, səhvlər olduğunu da söyləyib: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunda Özbəkistan millisinin üstünlüyü var idi. Buna baxmayaraq, uşaqlar xarakter göstərdilər, müdafiədə yaxşı oynadılar və qol buraxmadıq. Nəticəni müsbət qiymətləndirirəm. Amma, əlbəttə ki, səhvlər olub. Bu da təbiidir. Özbəkistan güclü komandadır. Bir neçə gündən sonra bu rəqiblə ikinci matçımızı keçirəcəyik. Çalışacağıq daha yaxşı çıxış edək”.
Abdullayev komandada fiziki durumla bağlı çatışmazlıqlar olduğunu gizlətməyib: “4 futbolçumuz U-21-ə dəvət alıb. Hansı ki, əsas heyət üzvləri sayılırlar. Onların yoxluğu bizim üçün itkidir. Başqa futbolçuları da yoxlamışıq. Vaxtımza az qalıb, kim güclüdür və özünü göstərəcək, onları da seçmə mərhələyə aparacağıq. Gizlətmirəm, fiziki durumla bağlı çatışmazlıqlar var. Bu baxımdan bütün rəqiblər bizi üstələyir. Əlimizdə olanlardan maksimum dərəcədə istifadə edirik”.
Qeyd edək ki, Azərbaycan və Özbəkistanın U-19 milliləri arasında ötən gün baş tutan yoxlama görüşü qolsuz yekunlaşıb. Komandalar daha bir yoxlama matçında üz-üzə gələcəklər. Bu görüş oktyabrın 12-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Oktyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















