U 21 in məşqçisi: Qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik”
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Bolqarıstan yığması ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:
“Oyunu yüksək qiymətləndirirəm. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə verilən tapşırıqları futbolçular maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Oyunçularımız sona qədər döyüşdülər. Düzdür, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:“Bir xalı da yaxşı nəticə hesab edirik” Azər Həşimov
27 Sentyabr 2025 21:23
Estoniya millisinin baş məşqçisi: Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar
16 Noyabr 2024 20:22
Ayaqlarla qazanılan sağlamlıq
30 İyul 2025 01:36
Ayxan Abbasov U 21 in baş məşqçisi oldu EKSKLÜZİV
28 Fevral 2025 12:01
Baxış sayı:64
Bu xəbər 09 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















