U 21 millimiz bu gün növbəti matçına çıxacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə üz-üzə gələcək.
Karvina şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib - 1:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















