Uber dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Uber" şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır.
Bu da şirkətin qlobal işçi qüvvəsinin təxminən 10%-ni təşkil edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin əldə etdiyi şirkətdaxili elektron məktubda bildirilib.
Məlumata görə, şirkətin baş direktoru Dara Xosrovşahi elektron məktubda bu planı açıqlayıb. O, şirkətdəki menecerlərin sayının 20% azaldılacağını bildirib. Eyni zamanda onlardan bəziləri sıravi əməkdaş vəzifələrinə keçiriləcək.
İxtisarlar həmçinin rəhbər vəzifələrdə çalışmayan işçilərə də şamil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 02 Sentyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















