Icma.az
close
up
RU
Üç bacı və ya üç Şəhid anaları... FOTO

Üç bacı və ya üç Şəhid anaları... FOTO

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Xocalı nahiyəsinin Cəmilli kəndində əslən Laçın nahiyəsi, Ardıclı kəndindən olan əmioğlu-əmiqızı Rəhbər Əmir oğlu Cavadov (1953) ilə Svetlana/Qüdsiyyə Kəriş qızının (1951) ailəsində 1973-cü ilin 7 noyabr günündə doğulan Namiqin Azərbaycanını müstəqillik illəri tarxində qızıl xətt yazacağı, I-II Qarabağ müharibələri iştirakçısı və sonda Şəhid olacağı günə qədər keçdiyi ömür yolu mənalı və nümunəvi olmuşdur. Doğma Cəmilli kəndində müqəddəs ocağın ruhuna sadiqliyi dilə gətirən Rəhbər Əmir oğlu (1953-2011) söyləyirdi ki, Namiqə Cəmilli kəndinin gözəlini alacam, onların toyunu bu yurdda çaldıracam....

1980-ci ildən T.Hüseynov adına Xocalı şəhər 2 saylı orta məktəbində təhsil alan Namiq, 16 yaşında isə artıq I Qarabağ müharibəsinin iştirakçısı olub.

Düşmən əhatəsində uzun illər yaşasalar da, qarımış düşmən xislətini unudan çoxminli ailələr kimi Rəhbər-Svetlana cütlüyü minlərlə həmyerliləri ilə birlikdə 1992-ci ilin müdhiş fevral soyqırımını yaşamalı oldular, bir müddət Bərdə nahiyəsində, sonra isə Bakı şəhərində, Yasamal rayonu ərazisindəki Bakı Dövlət Universitetinin 5 saylı yataqxanasında məskunlaşmışlar. Taleyin hökmüdür ki, Namiq orta təhsilini başa vurduqdan sonra bu ali məktəbin coğrafiya fakültəsinə daxil olsa da (1993-cü ildə), təhsilini davam etdirmək əvəzinə...könüllü olaraq cəbhəyə yollanıb, Ağdam cəbhəsində döyüşmüşdür.

Atəşkəsdən (12 may 1994-cü il) sonra təhsilini davam etdirib, ali ixtisasla yanaşı həm də zabit rütbəsini alıb... Anası Svetlana xanım söyləyir ki, Namiq hərbçi-zabit kimi Vətənə xidmət göstərməyi həyatının müqəddəs amalı sanırdı və bu amal uğrunda döyüşməyi özünə vətəndaşlıq şərəfi bilirdi...

Lakin Xocalı soyqırımı və I Qarabağ müharibəsi faciələrinin ağrıları Namiqi nə ruhən, nə də cismən tərk edib, onunla “yaşayıb”, “qol-boyun” olub, uşaqlıq illərinin acıları yaddaşında silinməz izlər qoyub, həyat-yaşam qayəsinə çevrilib. 1992-ci ilin qanlı 25-26 fevral gecəsində dostları Elşad Kamran oğlu Yusubov (1974), onun qardaşları Zakir (1965) və Əliyar (1967), Xəzər Səyavuş oğlu Səlimov (1974)...qətlə yetirilmiş itkin düşmüş, amansızlıqla öldürülmüşdür.

Vətəninin və əzizlərinin intiqamını almaq hissi və arzusu onu rahat buraxmadığındandır ki, II Qarabağ müharibəsində könüllü olaraq Ordumuzun Füzuli, Qubadlı, Xocavənd və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərində, xüsusi təyinatlılarla birlikdə iştirak etmişdir. Belə qanlı cəbhə vuruşlarının bir günü, oktyabr ayının 25-i Onun Həyatının son günü, Müqəddəs Şəhidliyinin ilk günü olmuşdur.

Həmin Xocalı soyqırımı qurbanları sırasında bu günədək itkin düşən Zahid Yelmar oğlu Əbdülov (1973) Namiq ilə xalauşaqları idi....xalası Raya (1953) Cəmilli kəndindən olan Yelmar İskəndər oğlu Əbdülov (1949-1992) ilə ailə həyatı qurmuşdu, soyqırım Şəhidi Yelmar Ağdam Şəhidlər Xiyabanında (Qaradağlı kəndi yolu üstündə) dəfn edilib, amma, 1993-cü ildən sonra hay-daşnak quldurları bu Müqəddəsgahı yerlı-yeksan etmiş, qəbirləri dağıtmış, nəş sümükləri belə təhqirə məruz qalmışdır. Yelmarla Zahid fevral ayının 27-dək birlikdə vuruşublar, səhərə qədər, onların yerləşdiyi 5 mərtəbəli binada 40 nəfərə qədər həm döyüşçü, həm də dinc sakinlər olub... sonradan amansız işgəncələrlə qətlə yetiriliblər, onların arasında Yelmar da olub, Şelli kəndinə tərəf meşəliyə tökülmüşdü daşnaklar tərəfindən, amma, Zahiddən xəbər olmayıb....Onunla bərabər iki qardaş-Zakir (27 yaşlı) və Elşad (18 yaşlı) Kamran oğu Usubovlar da itkin düşmüşdür... Digər qardaşları, polis nəfəri Əliyar  (23 yaşlı) isə Şəhid olmuşdur.

Y.İ.Əbdülov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Nəzakət Yelmar qızı Əbdlovanın (1972) dediyinə görə, 1991-ci ilin axırlarında Xocalı şəhər özünümüdafiə dəstələri bir “erməni” döyüşçüsünü əsir tutub gətirib klubda saxlayırdılar...Zahid evdən yemək-su aparıb ona verirdi ki, əsir olsa da...insandır... 2 gün saxladıqdan sonra onu dəyişdirdilər...

Şəhid anası və soyqırım faciəsini yaşayan Raya Kəriş qızı hazırda Qarabağ müharibəsi iştirakçısı oğlu Zakir Yelmar oğlu (1974) ilə birlikdə Xocalı şəhərində yaşayır...

Xalası Zöhrənin (1948-2005) oğlu Bəhram Mətləb oğlu İsmayılov (1967) Daşaltı kəndi istiqamətində Ağdamdan Şuşaya uçan Mİ-8 helikopterin vurulması nəticəsində (Xəlfəli kəndi yaxınlığında) Şəhid olmuş Şuşa şəhər polis tağımında xidmət edən, həmin gün (28 yanvar 1992-ci il) Kosalar kəndinə xidməti qulluğa gedən və mühasirədə qalan soydaşlarımızı xilas etmək istəyən 4 döyüşçü yoldaşı (əslən Ardışlı kəndindən olan Xıdır Sədrəddin oğlu Cabbarov (1962), Cəmilli kəndindən olan Şakir Şamil oğlu Salahov (1966) ...ölümündən sonra Azərbaycsnın Milli Qəhrəmanı....) ilə birlikdə Uca Məqama qovuşmuşlar, ümumilikdə bu qətldə 44 nəfər (41 mülki şəxs, 3 ekipaj üzvi) Şəhid olmuşdur. Onlar Bərdə şəhərindəki Şəhidlər qəbirstanlığında torpağa tapşırılıb.

Namiqin xalası oğlu Bəhram onbir ay idi evlənmişdi, yas mərasiminin 40-cı günündə isə oğlu olmuşdu, adını daşıyıb, ili tamam olanda o da vəfat edib, Şəhid atasının yanında dəfn edilib. Bacısı İradə xanım (1965) dərin kədər hissi ilə xatırlayır ki, övladı üçün xoşbəxt həyat quracağını arzu edən, dünyaya gəlməmiş xəyalən onu əzizləyən Bəhrama çox təəssüf ki, Uca Məqamda və Cənnətdə Körpəsinin Ruhuna qovuşmaq nəsib olmuşdur.

Bəhram Mətləb oğlu 1987-1989-cu illərdə Sovet ordusu sıralarında xidmət etmiş, 1990-cı illərdə isə Qarabağın “erməni”-rus birləşmələrinin işğalından azad edilməsi uğrunda polis işçisi kimi döyüşmüşdür. Ölümündən sonra Ulu Öndər H.Əliyevin Fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

2020-ci il 25 oktyabr günündə Füzuli istiqamətindəki döyüşlərdə Şəhid olmuş Namiq Rəhbər oğlu Cavadov II Fəxri xiyabanda dəfn, .Ali Baş Komandanın əmri ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəsində yetişən qızı Fidan Cavadlı (1998) Mingəçevir Turizm Kollecini bitirib, hazırda ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayır, “ASAN xidmət” mərkəzində, həyat yoldaşı Rəşad Elşad oğlu Abbasov (1996) isə polis orqanında çalışırlar.  Rəhbər  Namiq oğlu (2000) bu il Azərbaycan Turizm və Menecment Universitetini qurtarıb...

Müqəddəs Şəhidin övladları ruhən və cismən Atalarının Şərəfli ömrünə müqəddəs nişanə və Vətən naminə Əməllərinin davamçısı kimi yaşayırlarlar...

Qismət  YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi 

                           

(Sağda-Svetlana Cavadova-Namiq Cavadov, ortada Raya xanım-Zahid Yelmar oğlu, solda- Zöhrə Kəriş qızı-Bəhram Mətləb oğlu)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri