Üç boksçumuz Avropa çempionatının FİNALINDA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 boksçusu qələbə qazanaraq finala vəsiqə əldə edib.
Sənan Nəsibli (52 kq) Lazar Yovanoviçlə (Serbiya) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Qazax boks məktəbinin yetirməsi yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda Brodi Dau (Şotlandiya) ilə üz-üzə gələcək.
Yusif Əli (57 kq) Kirilo Çumakovla (Ukrayna) gücünü yoxlayıb. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, həlledici görüşdə Yeqor Jiruxinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Sərxan Haxverdiyev (70 kq) də adını finala yazdırıb. Milli üzvü bu dəfə Dieqo Mastrorillloya (İtaliya) gücünü göstərib – 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27). Gəncə boks məktəbinin yetirməsi çempionluq döyüşündə Şeyn Fyuri (İngiltərə) ilə qüvvəsini sınayacaq.
Digər boksçularımızdan Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) U-15 Avropa çempionatını bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha 5 təmsilçimiz rinqə çıxacaq. Yarışın qalibləri isə oktyabrın 25-də bilinəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Oktyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















