Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.
"Yeni Sabah" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi.
Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Xətai rayonunun Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.
Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:3 gün əvvəl itkin düşən gəncin meyiti tapıldı
07 Fevral 2025 12:15
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapıldı
11 Fevral 2025 09:49
4 ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı
05 Aprel 2025 09:27
Beş ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı
28 İyun 2025 08:40
On üç gün əvvəl Kürdə batmışdı Meyiti tapıldı
16 Oktyabr 2025 15:55
Baxış sayı:105
Bu xəbər 25 Noyabr 2025 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















