Icma.az
close
up
RU
Üç gündən çox düşməyən qızdırma bu təhlükənin siqnalıdır

Üç gündən çox düşməyən qızdırma bu təhlükənin siqnalıdır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Uşaqlarda yüksək hərarət valideynləri hər zaman ciddi təşvişə salan, onları dərhal tədbir görməyə sövq edən tibbi vəziyyətdir. İlk baxışda adi mövsümi virus infeksiyasının əlaməti kimi görünən yüksək qızdırma, əslində orqanizmdə baş qaldıran daha təhlükəli xəstəliklərin gizli siqnalı ola bilər. Tibb mütəxəssisləri xüsusilə uzun müddət enməyən və dərmanlara tabe olmayan hərarət hallarında vaxt itirmədən həkimə müraciət etməyin həyati əhəmiyyət daşıdığını vurğulayırlar. Çünki nəzarətsiz qalan davamlı qızdırma birbaşa ağciyərlərin zədələnməsi, yəni pnevmoniya ilə nəticələnə bilər.
Uşaqlarda qızdırma fonunda inkişaf edən ağırlaşmalar və bu zaman atılmalı olan vacib addımlarla bağlı pediatr Günay Rəsulzadə Demokrat.az-a bildirib ki, əgər qızdırma üç gündən çox davam edirsə, vəziyyət daha ciddi qiymətləndirilməlidir:
"Dirəncli qızdırma mütləq diqqətə alınmalıdır, çünki bu, pnevmoniyanın əlaməti ola bilər. Xüsusilə üç gündən çox davam edən və beş günü keçən qızdırma zamanı uşaq mütləq pediatr müayinəsinə aparılmalıdır. Obyektiv müayinə və auskultasiya zamanı pnevmoniyaya şübhə yaranarsa, diaqnoz rentgenoloji müayinə ilə təsdiqlənə bilər.
Pnevmoniya daha çox kollektivə gedən, peyvənd olunmamış və allergiya problemi olan uşaqlarda müşahidə edilir. Bu səbəbdən həmin uşaqların mövsümi viruslardan qorunması üçün hər il qrip əleyhinə peyvənd olunması tövsiyə edilir. Eyni zamanda, uşağın pnevmoniyaya qarşı peyvəndlərinin tam olub-olmamasına da diqqət yetirilməlidir. Bu tip xəstəliklər vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər",- deyə o qeyd edib.
Kollektiv mühitdə, xüsusilə bağça və məktəblərdə uşaqlar arasında infeksiyaların yayılma sürəti kəskin artır. İmmuniteti tam formalaşmayan, allergik reaksiyalara meyilli və vaxtında immunizasiya olunmayan uşaqlar risk qrupuna daxildir. Ağciyər iltihabı ilkin mərhələdə sadə soyuqdəymə ilə qarışdırıla bildiyi üçün valideynlər bəzən ev şəraitində antibiotik və ya güclü qızdırmasalan dərmanlardan istifadə edirlər. Bu isə xəstəliyin kliniki mənzərəsini gizlədir və diaqnozun gecikməsinə yol açır. Profilaktik peyvəndlər pnevmoniyanın qarşısını almaqda ən təsirli üsuldur və vaxtında edilən müayinə uşaqları ağır fəsadlardan sığortalayır.
Əfsanə Kamal 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri