Üç il sonra ilk ölüm hökmü icra edildi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin ictimai televiziya kanalları məlumat yayıb.
Bu, həm də Baş nazir Şiqeru İşiba hökumətində ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk ölüm hökmüdür.
Edam edilən şəxs yerli sakindir, o, 2021-ci ildə ən ağır cəza olan ölüm hökmünə məhkum olunmuşdu. Məhkəmə qərarı onun doqquz nəfəri qətlə yetirməsi səbəbilə çıxarılıb.
Takahiro Siraisi sosial şəbəkələr vasitəsilə intiharameyilli yeniyetmələri və gəncləri aldadaraq evinə cəlb edir, daha sonra isə onları amansızlıqla qətlə yetirirdi.
Qeyd edək ki, Yaponiyada ölüm cəzası dar ağacından asılmaqla həyata keçirilir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















