Icma.az
close
up
RU
“Üç kitabın bir təqdimatı” unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi

“Üç kitabın bir təqdimatı” unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 may, AZƏRTAC

...Bu gün onların heç biri aramızda yoxdur. Oxucular isə onların imzalarını müxtəlif vaxtlarda mətbuat səhifələrində maraqla axtarıb, qələmə aldıqları fərqli janrlı yazıları böyük həvəslə oxuyublar. Bu gün onların xarakteri, peşəkarlıqları və yaradıcılıqları barədə ən xoş xatirələr dolaşır. Ölkənin ən çox oxunan mətbu orqanında çalışan bu qəzet əməkdaşlarının keçdiyi həyat yolu gənc nəsil üçün nümunədir.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 13-də Azərbaycan Mətbuat Şurası və “Xalq qəzeti” rəhbərliyinin birgə təşkil etdiyi “Üç kitabın bir təqdimatı” adlı görüşdə danışılıb.

Görüşdə Vətən müharibəsi günlərində yazılmış “And və əməl”, bir əsrdən artıqdır mətbu nəşr kimi fəaliyyət göstərən “Xalq qəzeti”nə (“Kommunist”) rəhbərlik etmiş görkəmli qələm sahibləri barədə yazılardan ibarət “Baş redaktorlarımız haqqında yazılanlar” və son 35 ildə həmin qəzetdə çalışmış, bu gün aramızda olmayan müxbir və əməkdaşlar haqqında xatirələri əhatə edən “Unudulmazlar redaksiyası” kitabları təqdim olunub. Hər üç kitabın müəllifi Əməkdar jurnalist İttifaq Mirzəbəylidir.

Kitablarda “Xalq qəzeti”nin redaksiyasında çalışmış və əbədiyyətə qovuşmuş həmkarlar barədə yazılar toplanıb.

Layihənin rəhbəri Əflatun Amaşov çıxışında bildirib: “Dünyasını dəyişmiş həmkar və yol yoldaşlarımızın ehtiramla anılması, onların xatirəsinin müntəzəm yad edilməsi mənəvi borcumuzdur. Bu gün təqdimatı keçirilən kitabları ərsəyə gətirməklə biz onların unudulmaz xatirələrinə bir ədəbiyyat abidəsi ucaltmaq istədik”.

“Xalq qəzeti”nin əməkdaşları – Əməkdar mədəniyyət işçisi Qüdrət Piriyev, Zərifə Bəşirqızı və digərləri çıxışlarında kitabların yaradıcılıq məziyyətləri, müəllifin böyük əməyi və işgüzar keyfiyyətləri haqqında danışıblar. Qeyd edilib ki, “Baş redaktorlarımız haqqında yazılanlar” kitabında müxtəlif dövrlərdə qəzetə rəhbərlik etmiş görkəmli qələm sahibləri – Əli Vəliyev, Cəmil Əlibəyov, Xasay Vəzirov, Ağababa Rzayev, Rəşid Mahmudov, Ramiz Əhmədov və başqaları haqqında oxunaqlı yazılar yer alıb.

“Unudulmazlar redaksiyası” kitabında isə müstəqillik illərində nəşrə rəhbərlik etmiş Tofiq Rüstəmov, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, yarım əsrdən çox fotomüxbir kimi fəaliyyət göstərmiş Cahangir İbadov, jurnalist kadrların yetişməsində mühüm rol oynamış pedaqoq və bölgə müxbirləri Əşrəf Hacıyev, Bariz Əsədov, Firudin Rəsulov, Ziyəddin Sultanov, fotomüxbir Rafiq Salmanov və digər publisistlər, əməkdaşlar haqqında dəyərli xatirə yazıları yer alıb.

Qeyd olunub ki, kitabdakı yazılar sadəcə tərcümeyi-hal deyil, müəllifin onların peşəkarlığına, yaradıcılığına və insanlıq keyfiyyətlərinə olan səmimi münasibətinin, həssas yanaşmasının ifadəsidir. Kitabların müəllifi yalnız öz yazıları ilə kifayətlənməyib, həmkarlarının da qələmə aldığı yazılara səxavətlə yer ayırıb.

Tədbirdə iştirak edən mərhum jurnalistlərin ailə üzvləri çıxış edərək “Xalq qəzeti” redaksiyasına və kitabların müəllifinə minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri