Icma.az
close
up
RU
Üç nəfərin DNT si ilə səkkiz uşaq dünyaya gəlib

Üç nəfərin DNT si ilə səkkiz uşaq dünyaya gəlib

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Böyük Britaniyada öz valideynlərindən başqa, üçüncü şəxsin - donorun DNT-sini də irsən alan səkkiz uşaq dünyaya gəlib. Tədqiqatçılar bildiriblər ki, "Üç DNT" metodu "qalxan" hesab edilir, çünki bu, ciddi və sağalmaz genetik xəstəliklərin övlada ötürülməsinin qarşısını almağa böyük köməklik göstərir.
Reyting.az
-ın məlumatına görə, tədqiqatda övladlarına təhlükəli genetik xəstəlikləri ötürmək riski yüksək olan bir çox qadınlar iştirak ediblər.
Alimlər vurğulayıblar ki, ümumiyyətlə, bu metodun mahiyyəti, eyni zamanda ananın yumurta hüceyrəsindən və ya zədələnmiş gen daşıyan embriondan bütün genetik məlumatların çıxarılmasından ibarətdir.
Elm adamları qeyd ediblər ki, daha sonra həmin məlumatlar sağlam mitoxondriyaya malik, lakin əsas genetik materialdan məhrum donorun yumurta hüceyrəsinə və ya embriona köçürülür. Beləliklə, embrion üç əsas mənbədən, yəni bioloji valideynlərdən və donordan genetik material alır.
Bildirilir ki, bu prosedurdan 22 qadın keçsə də, onlardan bir qismi hamilə qalıb.
Nəticədə dörd oğlan və dörd qız dünyaya gəlib, onların arasında bir cüt əkiz də var, bir hamiləlik isə hələ də davam edir. "Bu çox uğurlu bir elmi tədqiqat oldu, üstəlik, bütün yenidoğulmuşlar mitoxondrial pozuntulardan azaddır və normal inkişaf edirlər",- deyə tədqiqatçılar qrupundan bildiriblər.
Bu elmi metod nəzəriyyəsi artıq 10 ildir Böyük Britaniyada qanunidir və bir çox belə araşdırmalar keçirilib. Lakin ilk dəfədir ki, tədqiqatçılar bu cür nəticə ala biliblər.
Ümumiyyətlə, bu cür texnologiyanın köməyi ilə dünyaya gələn uşaqların əsas DNT-si əsasən valideynlərindən miras qalır, eyni zamanda təxminən 0,1 faizi donorun DNT-si olur.
Belə bir yeni elmi nəticədən ilhamlanan Nyukasl tədqiqatçıları hesab edirlər ki, hər il bu metodla təxminən 20-30 uşaq dünyaya gələ bilər.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri