Icma.az
close
up
RU
Üç ölkə İranı təhdid etdi, yeni koalisiya ortaya çıxdı Dünya müharibəsi başlayır?

Üç ölkə İranı təhdid etdi, yeni koalisiya ortaya çıxdı Dünya müharibəsi başlayır?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrində yerləşən Amerika bazalarını hədəf alması rezonans doğurub. Almaniya, Fransa və Britaniya liderləri Tehranı Yaxın Şərqdəki müttəfiqlərinə hücum etməyə davam edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyiblər.

Fransa Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki təlimləri dayandıraraq “Şarl de Qoll” təyyarədaşıyan gəmisini təcili olaraq Şərqi Aralıq dənizinə köçürməsi də mövcud vəziyyətdə diqqət çəkib. Britaniya və Almaniya liderləri də ABŞ-a dəstək mesajları səsləndirir və İranı günahlandırırlar.

ABŞ–İsrail qüvvələrinin İrana hücumu üçüncü dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı hərbi əməliyyatlarda iştirak ehtimalı nə dərəcədə realdır? İrana qarşı geniş beynəlxalq koalisiyanın yaradılması mümkündürmü?

Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, dünya müharibəsi iki böyük ölkə qrupunun bir-birinə qarşı çıxması və genişmiqyaslı hərbi əməliyyatların aparılması deməkdir:

“Hazırda isə biz birtərəfli proses müşahidə edirik. İran faktiki olaraq tək qalıb. Bu gün Tehranın arxasında dayanacağı gözlənilən Çin və Rusiya açıq şəkildə prosesə qoşulmayıb. Daha dəqiq desək, bu ölkələr yalnız müəyyən silah dəstəyi ilə kifayətləniblər.

İrana qarşı koalisiyanın yaradılmasına gəlincə, belə bir birlik artıq mövcuddur. İngilislərin və fransızların İrana qarşı həyata keçirilən hücumlarda iştirak etməsi məlum məsələdir. Onlar hazırkı əməliyyatlarda dolayı yolla rol oynayırlar. Bunun ən real göstəricilərindən biri İranın regiondakı ABŞ bazaları ilə yanaşı, Böyük Britaniya və Fransa hərbi obyektlərini də hədəfə almasıdır. Yəni faktiki olaraq belə bir koalisiya var. Bu əməliyyatları təkcə ABŞ və İsrail həyata keçirmir, meydanda daha geniş bir koalisiya mövcuddur”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri