Icma.az
close
up
RU
Üç ölkə Rusiya və Belarusun enerji sistemindən imtina etdi

Üç ölkə Rusiya və Belarusun enerji sistemindən imtina etdi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Litva, Latviya və Estoniya Rusiya və Belarusun enerji sistemlərindən ayrılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Baltikyanı ölkələrin qərarı nəticəsində Kalininqrad vilayəti sərbəst rejimdə fəaliyyətə başlayıb.

“Bu gün Kalininqrad elektrik stansiyalarının ümumi gücü 1,88 QVt təşkil edir ki, bu da bölgənin ən yüksək elektrik enerji istehlakından iki dəfə çoxdur və istənilən şəraitdə vətəndaşların enerji təchizatını təmin etməyə imkan verir”, - deyə Rusiya tərəfi bildirib.

Estoniyanın “Postimees” qəzetinin yazdığına görə, 33 saat ərzində Baltikyanı ölkələr tamamilə öz tezlik zonasında olacaqlar.

Bazar günü axşam onlar Litvanın Polşa ilə əlaqəsi vasitəsilə Avropanın elektrik şəbəkəsinə qoşulmalıdır. Baltikyanı ölkələrin və Polşanın enerji sistemlərinin sinxronlaşdırılması layihəsinə 1,6 milyard avro sərmayə qoyulub.

Estoniyanın elektrik şəbəkəsi operatoru olan “Elinq”dən enerji kəsilməsinin istehlakçılara heç bir təsir göstərməyəcəyi bildirilib.

“Baltikyanı ölkələrin Rusiyadan enerji asılılığına son qoymaqla, biz təcavüzkarı enerjidən bizə qarşı silah kimi istifadə etmək imkanından məhrum edəcəyik və sistemlərimizi həm milli, həm də regional səviyyədə daha da gücləndirəcəyik”, - deyə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna elektrik şəbəkəsindən ayrılmaq qərarını izah edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see154

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri