Üç ölkədən altıncı nəsil döyüş təyyarəsi müqaviləsi
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə, İtaliya və Yaponiyanın müdafiə və aviasiya sektorları arasında edilən razılaşma ilə altıncı nəsil döyüş təyyarəsi sisteminin inkişaf etdirilməsi layihəsinin təfərrüatları açıqlanır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyadan Leonardo, Böyük Britaniyadan BAE Systems və Yaponiyadan JAIEC müdafiə şirkətləri dekabrın 13-də Qlobal Döyüş Hava Proqramı (GCAP) təşəbbüsü çərçivəsində yeni birgə müəssisənin yaradılması barədə razılığa gəldiklərini açıqladılar.
Üç qrupun birgə bəyanatına əsasən, yeni birgə müəssisənin 2025-ci ilin ortalarında yaradılması gözlənilir. Leonardo, BAE Systems və JAIEC hər biri müəssisənin üçdə birinə sahib olacaq.
Baş ofisi İngiltərədə olacaq yeni şirkətin ilk baş direktoru İtaliyadan olacaq.
Yeni nəsil təyyarənin 2035-ci ildə xidmətə girməsi və ən azı 2070-ci ilə qədər istifadədə qalması planlaşdırılır.
Altıncı nəsil döyüş təyyarəsi Amerika F-35-ə rəqib kimi görünür və EuroFighter Typhoon təyyarələrini əvəzləyəcəyi gözlənilir.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















