Icma.az
close
up
RU
Üç ordu Ukraynaya görə hərəkətə keçir: Sərhədboyu tapşırıq verildi Rusiya...

Üç ordu Ukraynaya görə hərəkətə keçir: Sərhədboyu tapşırıq verildi Rusiya...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“The Guardian” Britaniya hakimiyyətinin Ukraynanın müdafiəsini gücləndirmək üçün havadan və dənizdən dəstək məqsədilə “istəklilər koalisiyası” çərçivəsində qoşun yeritməyi planlaşdırdığını yazıb. Məlumata görə, bu qüvvələr təmas xəttinə deyil, arxa cəbhədə yerləşdiriləcək.

Nəşr bildirir ki, Britaniya Silahlı Qüvvələrinin rəhbəri Toni Radakin digər koalisiya ölkələrinin hərbi rəhbərləri ilə birlikdə avqustun 20-də Vaşinqtona səfər edəcək.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Böyük Britaniya rəsmiləri uzun müddətdir Ukrayna ərazisinə qoşun yerləşdirə biləcəklərinə dair bəyanatlarla çıxış edirlər:

“Hətta “istəklilər koalisiyası” formalaşmadan, Almaniya və Fransa qoşun göndərməyə hazır olduqlarını açıqlamamışdan əvvəl Britaniya bu məsələdə mövqeyini ortaya qoymuşdu. İndi isə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsi aktiv şəkildə müzakirə olunur. Bunun fonunda həm Böyük Britaniya, həm də koalisiyanın digər üzvləri Ukraynaya hansı istiqamətlərdə təhlükəsizlik dəstəyi verə biləcəklərini bəyan edirlər.

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin görüşündə təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərin hazırlanması və təqdim olunmasına dair razılaşma əldə edilib. Yaxın günlərdə həmin təkliflər ümumiləşdirilərək elan olunacaq”.

Həmçinin oxuyun:

Kartlar açılır: Zelenski bu addıma gedir – Britaniyalı politoloqlar gizli ssenaridən danışır / EKSKLÜZİV

Politoloqun sözlərinə görə, bundan sonrakı addımlar proseslərin ümumi gedişindən asılıdır:

“Əgər Zelenski–Putin danışıqlarında müsbət nəticələr əldə olunarsa, o zaman ayrı-ayrı dövlətlərin hərbi birlikləri Ukraynanı gələcək hücumlardan qorumaq məqsədilə təhlükəsizlik zəmanəti çərçivəsində buraya yerləşdiriləcək. Yox əgər hər hansı bir razılaşma baş tutmaz və müharibənin davam etməsi zərurəti yaranarsa, böyük ehtimalla ABŞ danışıqlar prosesindən geri çəkilmək qərarı verəcək. Bu da müharibənin bütün yükünün Avropanın üzərinə düşməsi deməkdir.

Belə olan halda, Böyük Britaniya və digər ölkələr qoşunlarını arxa cəbhəyə yerləşdirməklə Ukraynaya dəstəklərini təmin edə bilərlər. Arxa cəbhə istiqamətində koalisiya qüvvələrinin, məsələn, Belarus sərhədi boyunca yerləşdirilməsi, həmin istiqamətdəki Ukrayna hərbi birləşmələrinin Rusiya ilə müharibəyə daha aktiv şəkildə cəlb olunmasına imkan verəcək.

Ayrı-ayrı dövlətlərə məxsus qoşunların istənilən ad altında ölkə ərazisinə yerləşdirilməsi isə Ukrayna böhranında tamamilə yeni bir situasiya yarada bilər. Onun nəticələrini isə indidən proqnozlaşdırmaq çətindir. Bu, daha çox Rusiyanın baş verə biləcək hadisələrə reaksiyasından və atacağı addımlardan asılı olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri